İnsanlara Mars planetində baza lazımdırmı?
Elm & Texnologiya
24.11.2017
Farid Pardashunas
Elon Musk Mars planetinə raket göndərmək niyyətindədir. NASA isə həmin planetin kolonizasiya strategiyasını hazırlayır.
Bütün bu planlar məşhur
astrofizik Stephen Hawking-in, insanların yaşayışı üçün yeni planetin tapılması
çağırışları ilə üst-üstə düşür. Lakin bir çox mütəxəssislər Marsda bazanın
yaradılması məsələsinə skeptik yanaşırlar. Bu barədə Futurism saytı xəbər
verib. ABŞ-ın Planetoloji İnstitutunun baş elmi əməkdaşı Amanda Hendrix düşünür
ki, Mars planetinin kolonizasiya məsələsinin əsas problemi radioaktivlikdir.
Onun fikrincə Yer kürəsinin yaxın qonşusu olan Mars elmi təcrübələrin və
texnoloji testlərin aparılması üçün yaxşı yerdir. Lakin bunun üçün orda uzun
müddət qalmağa ehtiyac yoxdur. Qısa müddətlik uçuşlar tamamilə kifayət edir.
Miçiqan Universitetindən olan Aaron Ridley-nin sözlərinə əsasən Marsda
koloniyanın yaradılması bahalı və texniki nöqteyi cəhətdən qəliz məsələ olacaq.
Mars planeti elmi nöqteyi cəhətdən maraqlı obyektdir. Lakin heç bir məlumat
ordakı bazanın tikilməsi və daimi olaraq həmin bazanın dəstəklənməsi xərclərini
üstələyə bilməz. Bununla yanaşı həmin bazanın yaradılması insanlığın hal
hazırda olan problemlərini həll edə bilməz. Məsələn insanların planetə köçürülməsi.
Baxmayaraq ki, Mars və Aya uçmaq arzusu bir çoxlarında var, kosmik turizm sözün əsl
mənasında planetlərarası uçuşlara olacaq astronomik xərcləri kompensasiya edə
bilməz.
Beləliklə o, mütəmadi bazanın yaradılması üçün iqtisadi əsas kimi
götürülə bilməz. Mars planetində faydalı qazıntıların aparılması da çətin ki,
daimi bazanın yaradılmasına təsir göstərsin. Planetoloq Chris McKay düşünür ki,
Marsda ola biləcək bazalar 1955-1990-cı illərdə Antarktik bazalar ölçüsündə dövlət elmi tədqiqat stansiyaları şəklində olmalıdırlar. Çox güman ki,
Ayda daimi baza Mars planetindəki bazadan daha tez yaradılacaq. Bununla belə
hamı etiraf edir ki, həyatın, zəngin geoloji tarixin və terraformalaşdırma
perspektivinin mövcud olması səbəbilə Mars planeti elmi nöqteyi cəhətdən daha
maraqlıdır. Alimlərin göstərdikləri maraq həledici faktor olsaydı, artıq həmin
planetdə çoxdan baza quraşdırılardı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək