Huawei şirkəti smartfon bazarının fəth olunması planını təxirə saldı
Elm & Texnologiya
13.06.2019
Farid Pardashunas
Hələ bir neçə müddət bundan öncə Huawei şirkəti bildirmişdi ki, o, 2019-cu ilin sonuna kimi Samsung şirkətini smartfon satışları üzrə keçə biləcək və smartfon bazarının yeni lideri olacaq. Bu plan tamamilə düz istiqamətdə reallaşmağa doğru gedirdi. Şirkətin təqdim etdiyi hər bir smartfon modeli əvvəlki modeldən daha məşhur olurdu, şirkət bu istiqamətdə Apple şirkətini ikinci yerdən üçüncü yerə endirmişdi, satışlar isə yüksək templə artırdı.
Lakin indi şirkət bu il üçün olan planlarına yenidən nəzər salmalı oldu. Bu barədə Phonearena saytına istinadən Gagadget saytı xəbər verib. Belə ki, Huawei Consumer Business Group-un strateji planlama üzrə direktoru Shao Yang CES Asia sərgisi çərçivəsində çıxışı zamanı bildirib ki, şirkət smartfon bazarını fəth etmək planından heç də imtina etməyib.
Sadəcə olaraq bunun üçün əvvəlcədən planlaşdırıldığından daha çox zaman lazım olacaq. Yəni başqa sözlə desək, bu ilin sopuna kimi Samsung şirkətini geridə qoymaq çətin ki, mümkün olsun. Bunun əsas səbəbi isə ABŞ hökuməti tərəfindən şirkətə qarşı tətbiq edilən sanksiyalar ilə təzyiqlərdir. Google və Microsoft kimi şirkətlərlə əməkdaşlığın dayandırılmasından sonra Huawei üçün heç də asan olmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ