main-post-cover

    Huawei şirkəti 5G-nin işə salınmasını asanlaşdıran və ucuzlaşdıran yeni texnologiya yaratdı

    Elm & Texnologiya
    01.06.2020
    Emil Nəcəfov
        5G şəbəkə texnologiyası 3G 4G şəbəkə texnologiyalarından yüksək sürət baxımından fərqlənir. Lakin yeni 5G şəbəkə standartı daha kiçik əhatə dairəsinə sahibdir. Bu səbəbdən o daha çox baza stansiyalarının quraşdırılmasını tələb edir. Huawei şirkəti isə baza stansiyalarının güclərini 80% yüksəldən yeni texnologiyanı yaradıb. Bu barədə Gizmochina saytı xəbər verib.
        Huawei tərəfindən yaradılmış yeni texnologiya CableFree adlanır. Sözügedən texnologiya 5G stansiyalarının yaradılması xərclərini aşağı salır və onların arasındakı məsafəni genişləndirir. Bu isə öz növbəsində 5G şəbəkəsinin işə salınması xərclərini daha da aşağı sala bilər. Bundan əlavə olaraq yeni güclü şüalandırma sistemi şəbəkə keyfiyyətini yüksəldəcək. Bu isə cihazın antendən uzaq məsafədə yerləşdiyi bir halda çox vacib faktordur.
        Beləliklə şüalandırma sisteminin gücü 20% yüksəlib. Huawei şirkəti qeyd edib ki, yeni konstruksiyanın gücü hal hazırda olan texnologiyaların güclərindən 80% daha yüksəkdir. Bununla yanaşı yeni konstruksiyanın çəkisi 10 kq yüngüldür. Bu isə o deməkdir ki, baza stansiyası daimi olaraq sıradan çıxan daha az sayda detala sahibdir. Huawei tərəfindən yaradılmış yeni texnologiyanın nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala