main-post-cover

    Huawei P40 Pro-nun arxa kamerasının render fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    26.12.2019
    Farid Pardashunas
        Çinin IThome saytında gələn il təqdim olunacaq Huawei P40 Pro smartfon modelinin arxa kamerasının render fotosu ortaya çıxıb. Fotodan da görmək olar ki, P40 Pro-nun əsas öəzlliyi ondan ibarət olacaq ki, o, 5 arxa kamera moduluna sahib olacaq. Ortaya çıxmış render fotoda əks olunmuş smartfon açıq mavi rəngli gövdəyə sahibdir. Arxa paneldə yerləşdirilmiş kamera modullarından 4-ü bir sırada şaquli şəkildə, 5-ci kamera isə yuxarı sağ hissədə yerləşdirilib. Çox güman ki, 5-ci kamera modulu 10 qat optik zoom özəlliyinə sahib olacaq kamera moduludur.
        İşıqlandırm sistemi isə ilk 4 kamera modulunun aşağısında yerləşir. Əvvəlki məlumat sızıntılarına əsasən birinci kamera modulu əsas, ikinci kamera modulu genişformatlı, üçüncü kamera modulu makrokamera, dördüncü kamera modulu isə 3D ToF olmalıdır. OnLeaks ləqəbi ilə tanınan məşhur insayderin əvvəlki məlumat sızıntısına əsasən əsas kamera 64 MP, genişformatlı kamera 20 MP, 5-ci kamera isə 12 MP olacaq. Qeyd etmək lazımdır ki, Huawei P40 Pro modeli adi P40 ilə birlikdə gələn ilin birinci yarısında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər