Huawei öz smartfonlarının bloklanma ekranlarına reklam elanlarını əlavə edib
Elm & Texnologiya
14.06.2019
Farid Pardashunas
Xiaomi şirkətinin öz MIUI interfeysində istifadəçilərə təqdim olunan reklam elanlarının azaldılmasının yollarını planladığı bir vaxtda Huawei şirkəti əks qərar verib və heç bir xəbərdarlıq etmədən öz smartfonlarına reklam elanlarını əlavə edib. Bu barədə Gagadget saytı xəbər verib.
İstifadəçilər məşhur Reddit forumunda öz smartfonlarının bloklanma ekranında ortaya çıxan reklam elanlarından şikayətçi olublar. Bir çoxlarının smartfonlarında Booking.com servisinin reklam elanı ortaya çıxır. Maraqlısı ondadır ki, həmin reklam elanları şirkətin flaqman smartfon modellərində və müxtəlif ölkələrin istifadəçilərində ortaya çıxıb.
Bu cür şikayətlər artıq P30 Pro, P20, P20 Lite, P20 Pro, Honor 10 smartfon modellərinin istifadəçilərindən və İngiltərə, Hollandiya, İrlandiya, Norveç, Almaniya və Cənubi Afrika ölkələrinin istifadəçilərindən gəlib. Sözügedən reklam elanları yalnız standart fon təsvirlərində ortaya çıxır. Digər fon təsvirini ekrana yerləşdirərək həmin reklam elanlarından yaxa qurtarmaq olar. Huawei şirkətinin təmsilçiləri bu məsələyə hələki fikir bildirməyiblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!