Huawei'dən sonra ABŞ sanksiyaları məşhur dron istehsalçısı DJI şirkətinə də tətbiq oluna bilər

21.05.2019 0 PAYLAŞIM 308 OXUNMA

    ABŞ-ın milli təhlükəsizlik nazirliyi bildirib ki, Çinin dron istehsalçılarına uçuşlar barəsində konfidensial məlumatların Çin hökumətinə ötürülməsi ehtimalı ilə ABŞ sanksiyaları tətbiq oluna bilər. ABŞ-ın qara siyahısına həmçinin məşhur dron istehsalçısı olan DJI şirkəti də düşə bilər. Bu barədə CNN-ə istinadən Macdigger saytı xəbər verib.

    ABŞ hökuməti konfidensial məlumatları Çin hökumətinə ötürən istənilən texnologiya baxımından narahatlıq keçirdir. ABŞ hökuməti konkret dron istehsalçılarının adlarını açıqlamayıb. Lakin bu ilk növbədə DJI şirkətinə şamil olunacaq. Buna görə də şirkət Çin ilə ABŞ arasındakı ticarət müharibəsi vəziyyətini nəzərə alaraq işini möhkəm tutmalıdır.


    “DJI-da bizim məşğul olduğumuz hər bir şeyin əsasında təhüləsizlik dayanır və bizim texnologiyaların təhlükəsizliyi ABŞ hökuməti və Amerikanın aparıcı şirkətləri tərəfindən yoxlanılıb. Bizim istehlakçılarımız özlərinin hansı məlumatlarının yığıldığını, necə saxlandığını və hara ötürüldüyünü idarə edirlər” - deyə DJI şirkəti bildirib. Bundan əlavə olaraq DJI şirkəti bildirib ki, o həmçinin internetə qoşulmayan və bu səbəbdən heç bir məlumatı ötürməyən dronların istehsalı ilə də məşğul olur.