Huawei Android tətbiqləri smartfona tam quraşdırmadan işə salmağa imkan verən servisi təqdim etdi
Elm & Texnologiya
16.01.2020
Farid Pardashunas
ABŞ ilə olan gərginliyin fonunda Huawei şirkəti daha çox Google servisini öz alternativləri ilə əvəz etməyi hədəfləyib. Bu istiqamətdə şirkət Google Instant Apps-in öz analoqunu təqdim etdi. Şirkətin yeni servisi tətbiqlər ilə oyunların smartfonlara tam quraşdırılmaması vasitəsilə onları sürətli şəkildə işə salmaq imkanını verir. Bu barədə Androidcentral saytı xəbər verib. Google Instant Apps kimi Quick Apps servisi də smartfonun yaddaşına tətbiqin yalnız bir hissəsini yükləmək imkanını verir.
Bu halda smartfonun daxili yaddaşının qənaət edilməsi 97% təşkil edir. Yeni fuksiyadan istifadə etmək üçün Android 10 əməliyyat sistemi və AppGallery online mağazasının 10.1 versiyası və ya yuxarı versiyası lazımdır. Bu cür üsul ilə istifadəçi bütün distributivin yüklənməsinə ehtiyac duymadan tətbiqin baza funksiyalarından istifadə edə bilər. Tətbiqlərin tam şəkildə quraşdırılmaması öz növbəsində yüklənmə vaxtını aşağı salacaq.
Həmçinin bunun vasitəsilə smartfonun daimi boş yaddaş göstəricisinə olan yüklənmədən narahat olmayaraq bir sıra ağır tətbiqlərdən rahat şəkildə istifadə etmək mümkün olacaq. Bundan əlavə olaraq bu cür özəlliyiə sahib Quick Games servisinin də istifadəyə veriləcəyi gözlənilir. Quick Apps servisi artıq Huawei Mate 30 smartfon istifadəçiləri üçün aktivdir. Bu yeni funksiyanı əldə edəcək digər Huawei smartfonları barəsində məlumat daha sonra veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ