HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

Texnologiya
21.10.2019 PAYLAŞIM

    Hələ bu ilin may ayında HTC şirkəti Exodus 1s adlı kriptovalyuta smartfonu barəsində planlarını açıqlamışdı. Həmin vaxtda şirkət bildirmişdi ki, yeni smartfonun qiyməti 300$-dan baha olmayacaq. Belə də oldu. Şirkət keçən il təqdim edilmiş HTC Exodus smartfon modelinin daha büdcəli versiyası olan Exodus 1s-i təqdim etdi. Bu barədə Gizchina saytı xəbər verib. Yeni smartfonun əsas özəlliklərdən biri də odur ki, onda bitcoin bağlamasını işə salmaq mümkündür. Bu səbəb ilə istifadəçi sözügedən smartfonda bütün kriptovalyuta registrini 400 GB-dan aşağı olmayan microSD kartda saxlaya bilər.

    Baxmayaraq ki, aktual olan kriptovalyuta registri 260 GB yer tutur, həmçinin hər il registr həcminin 60 GB artmasını da nəzərə almaq lazımdır. Offline baza isə öz növbəsində konfidensiallığı və bitcoin tranzaksiyalarını təmin edir. HTC şirkəti bitcoin bağlamasını smartfonun şarj prosesi zamanı işə salmağı məsləhət görür. Belə ki, bu proses yüksək enerji sərfiyyatını tələb edir.

    Əsas texniki göstəricilərə gəldikdə isə Exodus 1s smartfonu HD+ keyfiyyətli 5.7 düym ekran, Snapdragon 435 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 13 MP-lik arxa kamera və 13 MP-lik ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfona yerləşdirilən microSD kart multimedia fayllarının saxlanılması üçün nəzərdə tutulmayıb və microSD kartın həcmi 512 GB-dan aşağı olmamalıdır. Exodus 1s Android 8.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 220 avro qiymətində satılacaq. Onun ayrıca yaddaş kartını isə şirkət daha sonra təqdim edəcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung təkrar Çinə qayıdır: Telefonlar ucuzlaşa bilər

Günlər əvvəl Samsung Çindəki istehsal zavodunu bağlamasına baxmayaraq telefonların istehsal qiymətin..


Bakutel - 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar s..

25 illik yubiley münasibəti ilə Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində mö..


AMD daha da güclənir: Zen 3 arxitekturası möhtəşəm olacaq

AMD şirkəti son 3 ildə yeni arxitekturaya keçərək İntel şirkətinin tam rəqibi halına gəldi. Həm daha..


OnePlus 8 Pro'nun rəsmi sxematik fotoları ortaya çıxdı

True-tech saytının jurnalistləri özündə OnePlus 8 Pro smartfon modelinin rəsmi sxematik təsvirlərini..


Samsung'un ikinci qatlana bilən smartfonu W20 5G

Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində öz ikinci qatlana bilən smartfon modeli W2..


Redmi K30 barəsində yeni məlumatlar aşkar edildi

XDA-Developers saytının baş redatoru Mishaal Rahman, MIUI 11 istifadəçi interfeysinin sonuncu beta v..