Honor V30-un real fotosu ortaya çıxdı
Elm & Texnologiya
30.09.2019
Farid Pardashunas
Huawei şirkətinin Honor brendi özünün V30 (Honor View 30) adlı flaqman smartfon modeli üzərində çalışır. Sözügedən smartfonun real fotosu isə Çinin Weibo sosial şəbəkəsində ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Ortaya çıxmış fotodan da görmək olar ki, smartfonun ekranı test olunur. Smartfon genişformatlı ekrana və ekranın yuxarı sol hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəyə sahibdir. Ümumilikdə isə smartfonun ön paneli Galaxy S11-in ön panelini xatırladır. Honor V30-un dəqiq texniki göstəriciləri barəsində hələ heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon 5G modemə sahib 8 nüvəli Kirin 990 prosessoru ilə təchiz olunacaq. Honor brendi artıq bu smartfonun təqdimatına hazırlaşır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ