main-post-cover

    Həm elektrikli avtomobil akkumulyatorlarının ömrünü uzadacaq, həm də daha sürətli şarj etməyə imkan verəcək texnologiya hazırlanıb!

    Elm & Texnologiya
    08.05.2024
    Chinara Pardashunas

         Elektrikli avtomobillərin və digər cihazların akkumulyatorlarını daha tez doldura bilən və daha uzun ömürlü olan kondensatorlar hazırlanıb. Yeni kondensatorların enerji sıxlığının bu gün istifadə olunanlardan 19 qat daha çox olduğu bildirilir.

         Önümüzdəki illərdə yolların bitki örtüyünün elektriklə işləyən nəqliyyat vasitələri olacağını desək, səhv olmaz. Daha davamlı gələcək üçün həyatımızda yer almağa başlayan bu avtomobillər artıq bütün dünyada geniş şəkildə yayılmağa başlayıb. Lakin istifadəçilər elektrikli avtomobil alarkən batareya ömrü və doldurma sürəti kimi seçimlər arasında qala bilirlər.
         “Science” üzərindən bu yaxınlarda dərc edilmiş bir araşdırma bu problemi həll edə biləcək bir kəşfin edildiyini ortaya qoyub. 2D və 3D materiallardan istifadə etməklə hazırlanmış yeni kondensator elektrik avtomobillərinin və digər cihazların akkumulyatorlarında inqilab etmək potensialına malikdir. Elm adamlarının bu yaxınlarda kəşf etdiyi "heterostrukturlar" adlanan materiallardan istifadə etməklə hazırlanan sistem, cihazların kondensatorlarında daha uzun müddət enerji saxlamağına imkan verir. Sistem avtomobillərdən tutmuş smartfonlara qədər bir çox müxtəlif sahələrdə batareyanın ömrünü uzatmaq üçün istifadə oluna bilər.
         Batareyalar enerjini uzun müddət saxlaya bilir. Lakin batareyanın doldurulması və boşaldılması da çox vaxt aparır. Bu halda kondensator işə düşür. Kondensatorlar lazım olduqda tez bir zamanda enerjiyə daxil olmaq üçün elektrik enerjisini tez doldurula və boşalda bilən bir ərazidə saxlayırlar. Smartfonlardan bir misal gətirsək, məsələn, kamera flaşı kimi qısa bir gücə ehtiyac olduqda enerji kondensatorlarda alınır. Bu səbəbdən smartfonların əksəriyyətində yüzlərlə kondensatorlar olur.
         Tədqiqatçılar tərəfindən istifadə edilən yeni struktur keçiricilik və qeyri-keçiricilik arasında fiziki və kimyəvi tarazlıq yaratmaqla enerjinin daha effektiv şəkildə saxlanmasına imkan verir. Müasir cihazlardakı kondensatorlarda istifadə edilən ferroelektrik materiallar öz xüsusiyyətlərinə görə əhəmiyyətli enerji itkisinə səbəb ola bilər. Bu vəziyyət, yüksək miqdarda enerji saxlamağı çətinləşdirir. Tədqiqat göstərir ki, ferroelektrik kondensatorlarda yeni materiallardan istifadə etməklə bunun öhdəsindən gəlmək olar. Tədqiqatçıların metodu 2D və 3D materialları çox nazik təbəqələrdə birləşdirməyə əsaslanır.
         Yeni kondensatorların, hər kub santimetr üçün 191.7 joul enerji sıxlığına çatmağı bacararaq indikilərdən 19 dəfə daha yüksək sıxlığa malik olduğu və effektivliyinin isə 90% olduğu müşahidə edilmişdir. Bu o deməkdir ki, kondensatorlar həm daha sürətli şarj, həm də daha uzun batareya ömrü təmin edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin dünyanın elektromobil istehsalı mərkəzinə çevrilib
    cin-dunyanin-elektromobil-istehsali-merkezine-cevrilib
    Yeni yumşaq elektron dəri ilə, robotlar insan kimi həssas toxunuşlar edə bilərlər!
    yeni-yumsaq-elektron-deri-ile-robotlar-insan-kimi-hessas-toxunuslar-ede-bilerler
    Elektromobillər digər avtomobillərlə müqayisədə daha tez dəyər itirirlər
    elektromobiller-diger-avtomobillerle-muqayisede-daha-tez-deyer-itirirler
    Elektromobillər nə dərəcədə etibarlıdır?
    elektromobiller-ne-derecede-etibarlidir
    Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
    soyuq-hava-seraiti-elektromobillerin-qett-etdikleri-yol-gostericisine-ne-tesir-edir