Hacker smartfonların hack olunmasına imkan verən üsulları 50 milyon dollara satmağa çalışıb

Hacker smartfonların hack olunmasına imkan verən üsulları 50 milyon dollara satmağa çalışıb

Texnologiya
06.07.2018 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə iOS Android smartfonların hack olunması ilə məşğul olan NSO Group şirkətinin (İsrail şirkəti) işlək alqoritmləri internetdə yayılmışdı. Forbes saytının verdiyi məlumata əsasən bu sızıntının günahkarı şirkət əməkdaşı olub. NSO Group kimi şirkətlər əsasən hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Lakin bəzən onlar qanunun digər tərəfindən olan şəxslərə də yardımçı olurlar. Hər halda İsrail şirkətinin əməkdaşlarından biri belə bir şey etmək istəyib.

    Belə ki, NSO Group şirkətinin sirlərinin satılmasında şirkətin baş proqramçısı günahlandırılır. Onun adı hallanmasa da 38 yaşında olduğu bildirilib. Öz vəzifə səlahiyyətlərindən istifadə edərək həmin şəxs öz kompüterindəki təhlükəsizlik sistemini deaktiv edib və smartfonların hack olunması üçün nəzərdə tutulmuş üsulların kodlarını xarici sərt diskə kopyalayıb. Daha sonra həmin şəxs hacker mənbələrində sözügedən gizli məlumatların satılması barədə elan yayıb. Həmin məlumatlara görə sözügedən şəxs 50 milyon dollar tələb edib.

Bənzər xəbər


    Potensial alıcılardan biri İsrailin Ədliyyə Nazirliyinin əməkdaşı olub. Lakin çox qısa müddət ərzində şirkətin həmin keçmiş əməkdaşı yaxalanıb və onun oğurlamış olduğu mıəlumatlar geri qaytarılıb. Şirkətin məlumatları üçüncü tərəfə verilməyib və hansısa digər mənbələrdə yerləşdirilməyib. Bundan əlavə olaraq şirkətin müştəriləri barəsində məlumatlar da toxunulmaz olaraq qalıb. Bununla yanaşı yaxalanmış şəxs ölkə təhlükəsizliyinə zərərin vurulması niyyəti üzrə də günahlandırılıb. Belə ki, İsrailin hərbi qüvvələri NSO Group tərəfindıən yaradılmış texnoloji üsullardan istifadə edir.



DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×