Reklam
Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzərində çalışır

Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzərində çalışır

Texnologiya
21.01.2022 PAYLAŞIM

    Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə davam edir. Məlumata əsasən Meta Oculus HTC Vive kimi məhsullarla təkcə Apple şirkəti özünün qarışıq reallıq (AR + VR) cihazı ilə rəqabət aparmayacaq. Belə ki, bir neçə müddət bundan öncə Google şirkəti də özünün AR cihazı üzərində işlərə start verib. Şirkətin AR cihazı üzrə layihəsinin kod adı Project Iris-dir. Google onu 2024-cü ildə satışa çıxarda bilər. Meta ilə Apple şirkətlərinin yaxın gələcəkdəki cihazları kimi Google şirkətinin AR cihazı da xarici kameralar ilə təchiz olunacaq. Həmin kameralar real dünyanın təsvirlərini əldə etməyə imkan verəcəklər. Daha sonrakı mərhələdə AR cihazın sistemi həmin təsvirləri kompüter qrafikası ilə birləşdirəcək.

    Məlumatda qeyd edilib ki, Google şirkətinin AR cihazının ilk prototipi xarici görünüşcə xizək eynəklərini xatırladır və onu hansısa kənar cihaza qoşmaq lazım deyil. Belə ki, AR cihaz avtonom rejimdə çalışa bilir. Məlumata əsasən Google şirkətinin AR cihazı hələ ilkin hazırlanma mərhələsindədir və bazarda satışa çıxmaq üzrə dəqiq təyin edilmiş strategiyaya sahib deyil. Cihaz Google şirkətinin Tensor adlı fərdi prosessoru vasitəsilə çalışacaq. Cihazın hal hazırki versiyası Android əməliyyat sistemi ilə çalışır. Lakin mövcud məlumatlara əsasən Google AR cihaz üçün nəzərdə tutulmuş xüsusi əməliyyat sistemi üzərində çalışır. Project Iris yüksək performans gücünə sahib olmayacaq. Buna görə də cihazdakı qrafik renderinq prosesinin uzaqdan reallaşdırılması üçün Google özünün data mərkəzlərindən istifadə etmək niyyətindədir.


    Məlumatda qeyd edilib ki, AR cihaz üzərində Pixel komandası çalışır. Lakin nəticədə cihazın bu brend altında satışa çıxıb-çıxmayacağı bilinmir. Qeyd etmək lazımdır ki, 2012-ci ildə Google özünün Google Glass adlı smart eynəyini təqdim etməklə səs-küy yaratmışdı. Lakin sözügedən eynək həmin vaxtda öz zamanını qabaqladığı üçün kommersiya uğuruna imza ata bilməmişdi. Project Iris isə şirkətin bu sahəyə geri dönüşü üçün nəzərdə tutulub. Məlumata əsasən Project Iris üzərində 300 nəfər insan çalışır və Google bu layihəyə əlavə bir neçə yüz nəfər insanı cəlb etməyi planlaşdırır. Layihənin icraçı direktoru qismində Clay Bavor çıxış edir və o, birbaşa şirkətin CEO-su Sundar Pichai-yə tabedir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..


NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ..

NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib.


Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləy..

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i ə..

×