main-post-cover

    Google şirkəti Huawei ilə əməkdaşlığı dayandırır

    Elm & Texnologiya
    20.05.2019
    Farid Pardashunas
        Reuters saytının mənbələrinin verdikləri məlumata əsasən Google şirkəti Huawei ilə əməkdaşlıq işlərini dayandırmaq qərarını verib. Həmin biznes işləri çərçivəsində Google şirkəti Huawei-yə proqram və aparat dəstəyini verirdi. İki şirkət arasındakı əməkdaşlığın bitməsinə əsas səbəb isə Huawei şirkətinin ABŞ-ın ticarət nazirliyi tərəfindən qara siyahıya salınmasıdır. Bu barədə Vc.ru saytı xəbər verib. Huawei şirkəti ilə gələcəkdəki konkret əməkdaşlıq üzrə məsələlər Google şirkətinin daxilində müzakirə olunur. Bu səbəbdən şirkətə qarşı ola biləcək məhdudiyyətlər dəyişə bilər. Beləliklə Google şirkəti Huawei-yə qarşı hansı məhdudlaşdırıcı tədbirləri görür?
    - Huawei şirkəti GMS servislərinin olduğu Android sistemini itirəcək. Həmin servislərə Google tətbiqi, Chrome brauzeri, Play Market, YouTube, Google Maps və s. tətbiqlər ilə Google şirkətinin API-ları daxildir.
    - Huawei Google şirkətinin texniki dəstəyini, Android və Google servisləri ilə uyğunlaşmanı itirəcək.
    - Huawei şirkətinin Android smartfonları Google şirkətinin əməliyyat sistemi yenilənmələrini əldə etməyəcəklər.
    Huawei şirkətinin bu halda qəbul edəcəyi qərarlar:
    - 17 may tarixində Huawei şirkətinin hüquqşünasları bildirmişdilər ki, onlar ABŞ-ın ticarət nazirliyinin sanksiyalarının təsirini incələyirlər və bu məsələ ilə bağlı əlavə fikir bildirməkdən imtina ediblər.
    - Google şirkəti tərəfindən olacaq bu dəyişikliklər Huawei şirkətinin artıq satışa çıxmış smartfonlarına şamil olunmayacaq. Həmin smartfonlarda Play Store və Google servisləri çalışmağa davam edəcəklər.
    - Google lisenziyası AOSP-ə (Android-in açıq versiyası) şamil olunmur. Buna görə də Huawei smartfonları Çin bazarının xaricində məhz bu əməliyyat sistemi əsasında çalışa bilərlər.
    - Huawei şirkəti bildirir ki, o, Android-dən imtina etmək istəməzdi və bunun yerinə Google ilə Microsoft ekosistemi ilə çalışmaq istərdi. Lakin sanksiyaların tətbiq olunacağı halında o öz əməliyyat sisteminə keçid edə bilər. 2018-ci ilin noyabr ayında Huawei təsdiq etmişdi ki, o, Android-in əvəz olunması üçün özünün mobil əməliyyat sistemi üzərində çalışır.
    - Bu ilin mart ayında isə Huawei şirkətinin icraçı direktoru Richard Yu bildirmişdi ki, şirkət smartfon və noutbuklar üçün özünün əməliyyat sistemini artıq hazırlayıb. Onun sözlərinə görə Android-dən və ya Windows-dan istifadənin qadağan olunacağı halında şirkətin B planı mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər