main-post-cover

    Google Pixel 3 XL tək kameralı və ekranı çərtikli olacaq:Google kamera alqoritmasına güvənir

    Elm & Texnologiya
    22.06.2018
    Nijat Hamid
    Google şirkətinin bir sonrakı flaqman modellərindən olan Pixel 3 XL modelinin bu səfər dual camera ilə gəlməsi gözlənilirdi. Bildiyimiz kimi əvvəlki modellərində tək kamera istifadə edən şirkət hazırladığı alqoritma hesabına 2 kameranın bütün funksiyalarını tək kamera ilə istifadəçilərə təqdim edirdi. Bu səfərki sızıntı şəkil bəzi telefonu gözləyən istifadəçilərdən mənfi reaksiyalar aldı.
    İce Universe tərəfindən Twitter'də paylaşılan sızıntı şəkilə görə Pixel 3 XL modeli tək kameralı və bu ilin trendi olan çərtikli ekran ilə satışa çıxacaq.    
    Əslində, Google, Pixel 2 modelindəki tək kamera və alqoritma ilə 2 kamera səviyyəsində Portret Mod şəkillərin çəkilməsini təmin edirdi. Pixel 3 Xl modelində də bu alqoritmanın daha da təkminləşdirildiyi düşünülür və  anlaşılan Google öz fərqini ortaya qoyaraq tək kameradan imtina etmir. Digər diqqət çəkən nöqtələr isə telefonun arxa tərəfində barmaq izi sensorunun olması və çərtikli ekran ilə hazırlanmasıdır. Qeyd edək ki, telefonun parametrləri ilə bağlı hələ heç bir məlumat bəlli deyil, lakin Pixel 2 modelinin bir çox rəqibindən güclü olduğunu nəzərə alsaq, Pixel 3 XL da eynisi ilə güclü bir telefon olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər