Google, Apple Safari brauzerinde 5 təhlükəli açıq aşkarladı
Elm & Texnologiya
23.01.2020
Nijat Hamid
Google, Apple şirkətinə məxsus olan və cihazlarında istifadə edilən Safari brauzerinde təhlükəli 5 açıq aşkarladı. Bu açıqlar əsasən iPhone modellərində özünü göstərir. Google təhlükəsizlik mütəxəssislərinin dediklərinə görə bu açıqlar hesabına istifadəçinin bütün hərəkətlərini izləmək mümkün olur. Lakin bu ilk dəfə olmur.
1 il öncə Google mütəxəssisləri, iOS sistemində şəxsi məlumatların ələ keçirilməsini mümkün edən 14 açıq tapmışdı.
Əlbəttə, bu açıqlar tam ətraflı şəkildə Apple mütəxəssislərinə bildirilmişdi. Sonradan bu açıqlar bağlanmış və iOS daha təhlükəsiz bir yenilənmə ilə istifadəçilərini qoruya bilmişdi. Apple şirkətinin illər əvvəl Safari brauzerinə əlavə etdiyi Do not Track (İzlənmənin qarşısını almaq) funksiyası qarışıq alqoritmalara malik olduğu üçün xakerlər tərəfindən istifadə olunub məlumatlar ələ keçirilə bilirdi. Bu açıqlardan yararlanan Google mütəxəssisləri istifadəçinin girdiyi bütün saytları görə bilirdi, həmçinin Digital Barmaq İzi yaradaraq o istifadəçini hər yerdə izləyə bilirdilər. Apple şirkəti bunları qəbul etməsə də, 2019 Dekabr ayında bu açıqlar üçün yenilənmə yayımlandı və hamsı həll edildi. Do Not Track funksiyasını hazırlayan Apple mütəxəssisi John Wilander, Google-a öz təşəkkürlərini bildirdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ