Google'a qarşı iddia: Axtarış nəticələrini manipulyasiya edir
Elm & Texnologiya
19.11.2019
Nijat Hamid
Məhşur axtarış sistemi nəhəngi Google'a qarşı açılan məhkəmə işi bir sıra səbəblərdən genişləndirildi. Google axtarış nəticələrini incələyən rəsmilər şirkətin iddia olunandan daha çox manipulyasiya etdiyini aşkarladı. Son illərdə ABŞ-da baş verən qanun dəyişikləri səbəbi ilə bir sıra şirkətlər rəsmi qurumlar tərəfindən analiz edilməyə başlandı. Bu şirkətlərdən biri də Google'dur. Əvvəlcə sadəcə reklamları analiz edilən şirkətin sonradan axtarış sistemi də analiz edilməyə başlandı. Açıqlanan məlumatlara görə axtarış nəticələri Google tərəfindən iddia olunandan daha çox manipulyasiya edilir.
Böyük şirkətlər axtarışda daha önə çıxarılır.
İddiaların əsası budur ki, Google qurduğu alqoritm vasitəsilə böyük şirkətləri daha çox önə çıxarır. Nəticədə kiçik şirkətlər geri planda qalaraq trafik və istifadəçidən məhrum qalır. The Wall Street jurnalında yayımlanan məqaləyə və 100 fərqli reportaja əsasən şirkət ciddi dərəcədə manipulyasiya edir. Sübut olaraq isə bir çox kiçik satış saytların eBay və Amazon kimi nəhənglər qarşısında daha az göstərilməsidir. Google'un qaydalarına əsasən şirkət deyir ki, axtarışların siyahılanmasında heç bir insan amili yoxdur. Lakin Wall Street jurnal komandası əksini deyir. Google nəhəng partnyorlarına üstünlük qazandırmaq üçün axtarışlara bir başa müdaxilə edir.
Araşdırmadan əldə edilən digər nəticələr aşağıdakılardır:
- Avtomatik tamamlama digər axtarış sistemlərinin əksinə öz istəklərinə uyğun filtrlənmiş nəticələr göstərir.
- Google mühəndislərinin bir başa axtarış nəticələrinə daxil olaraq istədikləri kimi manipulyasiya edə bilmələri mümkündür.
- İndekslənən saytlar axtarış zamanı Google alqoritması necə istəyirsə o şəkildə istifadəçilərə göstərilir.
- Alqoritmlərdəki dəyişikliklər partnyor şirkətlərə uyğun şəkildə olur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)