main-post-cover

    Gman ləqəbli oyunçu, PlayStation 2-nin portativ versiyasını yaratdı (VİDEO)

    Elm & Texnologiya
    28.05.2017
    Farid Pardashunas

    PlayStation 2, indiyənə kimi yaradılmış ən yaxşı oyun konsollarından biri hesab olunur.

    Geniş və müxtəlif növ oyunlar, PlayStation 2-ni konsolların 6-cı nəsli zamanında birinci yerə yüksəltmişdi. Son illər ərzində bir çox insanlar PlayStation 2-nin portativ versiyasını yaratmağa çalışmışdılar. Lakin onlardan heç biri uğurla nəticələnmədi. Bu işdə ən tutarlı uğuru qazanan yeganə şəxs isə hələki Gman ləqəbli oyunçu hesab edilir. Gman ilk dəfə olaraq portativ konsol adına layiq kiçik PS2 versiyanı yaradıb. Bunu etməyə çalışmış digər şəxslərdən fərqli olaraq Gman, enerji tutumu üçün nəzərdə tutulmuş batareyanı korpusun daxilinə yerləşdirib. Korpusun özü Gman tərəfindən 3D printerdə çap olunub. Konsolun 5 inç-lik ekranı isə eBay-dan sifariş edilib. Ekran, PS2 sisteminə VGA vasitəsilə qoşulub. Beləliklə daha keyfiyyətli oyun görüntüsü əldə olunur. Portativ konsolun ətraflı şəkildə hazırlanması haqqında videonu isə aşağıdan izləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər