Gələn ilki iPhone'ların qiymətlərində yüksəliş olacaq

Gələn ilki iPhone'ların qiymətlərində yüksəliş olacaq

Texnologiya
04.11.2019 PAYLAŞIM

    Apple şirkətinin hələ bir neçə müddət bundan öncə yeni iPhone 11 smartfon modellərini satışa çıxartmasına baxmayaraq analitiklər artıq iPhone 12-nin necə olacağı barəsində proqnozlar qururlar. Əslində bu, əbəs yerə deyil. Çünki gələn ilki iPhone modellərində tamamilə yeni dizayn və 5G dəstəyinin olacağı gözlənilir. Lakin bütün bu yeniliklərə görə smartfonların qiymətlərində də yüksəlmə olacaq. Bu barədə Wccftech saytı xəbər verib.

    Analitiklərin proqnozlarına əsasən gələn il də Apple şirkəti 3 iPhone modeli təqdim edəcək və onlardan ikisi Qualcomm-un 5G dəstəkli modemini əldə edəcək. Bununla yanaşı analitiklər qeyd edirlər ki, gələn ilki iPhone modellərinin dizaynlarında dəyişiklik olacaq. Gələn ilki iPhone modellərində metal karkas, arxa və ön paneldə şüşə materialdan istifadə olunacaq. Lakin metal karkasın dizaynı iPhone 4-ün dizaynına bənzəyəcək.


    Nəticədə iPhone 12 modellərinin qiymətlərində yüksəlmə olacaq. iPhone 12-nin qyməti hal hazırda olan iPhone 11 modellərinin qymətlərindən ortalama 140$ baha olacaq. Ümumi nəticədə gələn ilki iPhone modellərində növbəti qiymət göstəricilərini gözləmək olar: iPhone 12 (850$), iPhone 12 Pro (1280$) və iPhone 12 Pro Max (1420$). Təbii ki, smartfonların qiymətləri satışa çıxacaqları regionlardan asılı olaraq dəyişəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kontakt Home Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca m..


Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi ilə çalışan ilk elektromobil təqdi..

Xüsusi təqdimat tədbiri çərçivəsində Huawei şirkəti Çinin BYD adlı avtomobil istehsalçısı ilə birlik..


Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqd..

Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya Fla..


Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple və Foxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama ç..


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...


Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti tə..

Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqd..

×