GeForce RTX video kartları ilə 2022-ci ildə təhsil və yaradıcılıq üçün 6 ən yaxşı noutbuk

GeForce RTX video kartları ilə 2022-ci ildə təhsil və yaradıcılıq üçün 6 ən yaxşı noutbuk

Texnologiya
09.09.2022 PAYLAŞIM

    Bizim günlərdə noutbuk eynilə dəftər və ya qələm kimi təlimin bir hissəsidir. Və bəzən o daha əhəmiyyətli olur, çünki müasir orta məktəb şagirdləri və tələbələri tez-tez kompüter olmadan tamamlamaq mümkün olmayan tapşırıqlarla qarşılaşırlar. Biz sizin üçün NVIDIA-ın güclü qrafikası əsasında ən yaxşı noutbukları seçdik, onlar sizə - gələcək dizaynerlərə, layihəçilərə və proqramçılara təhsildə kömək edəcəklər

GEFORCE RTX QRAFİKASI İLƏ 2022 - Cİ İL ÜZRƏ TƏHSİL VƏ YARADICILIQ ÜÇÜN ƏN YAXŞI 6 NOUTBUK

    Əgər məktəblilər və humanitar fakultələrin tələbələri hələ də adi “çap maşını” ilə dolana bilirlərsə, daha ciddi uşaqlara, riyaziyyat, təbiətşünaslıq və ya mühəndislik fakultələrində oxuyanlara mütləq məhsuldar noutbuk lazımdır. Kompakt və dəbli korpusda olan noutbuk. Müasir tendensiyalardan qaçmaq mümkün deyil. Üstəlik, kompaktlıq sərbəstliyə təsir etməməlidir, çünki belə bir noutbuk aktiv həyat tərzi keçirən insanlar tərəfindən istifadə ediləcəkdir. Təhsil və yaradıcılıq üçün ideal noutbuk bütün bu keyfiyyətləri özündə birləşdirməlidir.


    Elmi modelləşdirmə, qrafika ilə işləmək, video və ya maşın öyrənməsi üçün noutbuk yalnız sürətli prosessor və böyük həcmli operativ yaddaş deyil, həm də güclü diskret qrafika tələb edir. Bu sahədə dünyanın aparıcı istehsalçısı olan Amerika şirkəti NVIDIA - nın RTX qrafik kartları bu və bir çox digər resurs tələb edən işləri sürətləndirir.

    RTX qrafikalı noutbuklar 75-dən çox məşhur proqramda işi əhəmiyyətli dərəcədə sürətləndirən tensor və RT nüvələrinin mövcudluğu da daxil olmaqla maksimum məhsuldarlıq təmin edir.

NVIDIA RTX 30 seriyasından olan istənilən noutbuk aşağıdakı xüsusiyyətləri təmin edir:

- Mühəndislik, informatika, böyük həcmli məlumatlarla iş, iqtisadiyyat kimi sahələr üzrə səmərəlilikdə əhəmiyyətli artım;

- Eksklüziv NVIDIA Broadcast proqramı videokonfransların, yayımların, onlayn mühazirələrin və seminarların audio və video keyfiyyətini yaxşılaşdırmaq üçün neyron şəbəkələrdən (süni intellektdən) istifadə edir. Tətbiq bütün kənar səsləri, məsələn, işləyən burğunun səsini bloklaya bilir. Broadcast həmçinin pis işıqlandırma vaxtı veb-kameradan təsvirin keyfiyyətini yaxşılaşdırır, fonu dəyişdirə bilir və bir çox başqa imkanlar yaradır;

- Bütün məşhur foto və video redaktorları - Photoshop, Lightroom, Premiere Pro, DaVinci Resolve daxil olmaqla 75-dən çox vizual məzmun proqramının sürətləndirilməsi. Eyni anda birdən çox proqramdan istifadə edərkən etibarlılıq və sabitliyi xüsusi NVIDIA Studio drayverləri yerinə yetirəcək.

    Əlavə olaraq, vizual məzmunun yaradılması ilə məşğul olanlar üçün ən yaxşı seçim sertifikatlı RTX Studio noutbuklarıdır. Bu sertifikat GPU, CPU, sistem yaddaşının miqdarı və ekran keyfiyyəti baxımından cihazın optimal konfiqurasiyasına zəmanət verir.

    NVIDIA RTX 30 qrafikası olan modellər təkcə təhsil və iş üçün deyil, həm də əyləncə üçün uyğundur. Onlar oyun üçün bütün ən qabaqcıl texnologiyaları dəstəkləyirlər: 

- Neyron  şəbəkədən istifadə edən NVIDIA DLSS texnologiyası sayəsində kadrların tezliyi 2 dəfəyə qədər artırır. DLSS, həmçinin noutbukun batareyasının ömrünü 20% - ə qədər uzadır;

- NVIDIA Reflex texnologiyası oyun idarəetmə vasitələrinin cavab reaksiyasını artırmaq üçün istifadə olunur. Bununla ən yaxşı cavab təmin edilir və kiber idman oyunlarında reaksiya sürətini və vuruşun dəqiqliyini artırır.

    Qeyd etmək lazımdır ki, hazırda 200-dən çox oyun, o cümlədən Rainbow Six Siege, Doom Eternal, RUST, Red Dead Redemption 2, Battlefield 2042 və s. kimi məşhur oyunlar NVIDIA DLSS-ni dəstəkləyir. Və NVIDIA Reflex dəstəyi Apex Legends, Call of Duty, Destiny 2, Enlisted, Fortnite, Overwatch, Rainbow Six Siege, Rust, Valorant, Escape from Tarkov və Battlefield 2042 kimi məşhur oyunlarda mövcuddur.

    Biz sizin üçün iki kateqoriyada üç noutbuk seçdik: birincisi boş vaxtlarında rahat oynaya bilmək istəyən STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) yönümlü tələbələr üçün mükəmməldir. İkinci seçim - yaradıcılıq və qrafika üçün nəzərdə tutulan modellərdir.

Mühəndislik, Texniki və Riyaziyyat üçün Top 3 Noutbuk 

ASUS TUF DASH F15

    Orta büdcəli seqmentin bu modeli 11-ci nəsil Intel Core i5-ə əsaslanır və içində lazım olduqda həcmi artırıla bilən 8 GB - lıq operativ yaddaşı var. Eyni zamanda, demək olar ki, bütün müasir oyunların 1080p-də orta-yüksək qrafik parametrlərinə də uyğundur.

    4 GB öz video yaddaşı olan GeForce RTX 3050 qrafik kartı qrafiklərin işlənməsi üçün cavabdehdir. Eyni zamanda, 1080p-də yaxşı qrafika parametrlərində demək olar ki, bütün müasir taytllara uyğundur. Bunlardan əlavə ASUS TUF Gaming F15, Amerika hərbi standartı MIL-STD ilə qorunan möhkəm korpusa sahibdir və artırılan batareya avtonomiyası ilə təkrar doldurulmadan 16,6 saata qədər işləyir.

Victus by HP 16

    Öz qiymət diapazonunda əla qrafik performansı ilə seçilən sərfəli noutbukdur. Bunun səbəbi, burada bizim əvvəlki qəhrəmanımızda olan 4 Gb video yaddaş ilə GeForce RTX 3050 videokartının  istifadə edilməsidir. Onu, maksimum 4,5 GHz takt tezlikli olan Intel® Core™ i5-11400H prosessoru, 16 GB RAM və 256 GB SSD tamamlayır.

    Victus by HP-nin digər üstünlükləri arasında universal oyun klaviaturası, Bang&Olufsen audio sistemi, təkmilləşdirilmiş soyutma sistemi və oyundan zövq almaq üçün artırılan batareya ömrü yer alır.

Lenovo IdeaPad 3

    4,2 GHz-ə qədər çata bilən AMD Ryzen 5-5600H prosessoru olan daha bir güclü 15,6 düymlük model. Burada, həmçinin 8 GB operativ yaddaş nəzərdə tutulub və SSD 512 GB-ı əhatə edir. 

    Qrafikanın işlənməsi və hesablamalara cavabdeh olan daha güclü GeForce RTX 3050 Ti 4GB yaddaşlı video kartı var. Bunun sayəsində dizayn və simulyasiya proqramları real vaxt rejimində göstərməyə daha az vaxt sərf edir və neyron şəbəkə təlimi və böyük həcmdə məlumatların təhlili daha sürətli olur.

Yaradıcı insanlar üçün ən yaxşı 3 noutbuk

MSI Crosshair 15 Rainbow Six Edition 

    Bu qeyri-adi dizayna malik dəbli noutbukdur. Bu noutbuk seriyası sözün əsl mənasında qeyri-adi zövqə malik yaradıcı insanlar üçün yaradılıb, hansılar onun üzərində yaradıcı ideyalarını təcəssüm etdirəcəklər. O, məzmun yaradıcıları üçün çox vacib olan yüksək keyfiyyətli 15 düymlük ekrana malikdir və 165 Hz tezliyi xoş bir bonus olacaq.

    Burada böyük və rahat klaviatura quraşdırılıb.  Həmçinin daha çox enerji tələb edən tapşırıqlar üçün istehsalçılar güclü komponentlərdən istifadə ediblər. Məsələn, modelimizdə Intel Core i7-12700H prosessoru, 16 GB RAM, 1 TB SSD və Max-Q dizaynında NVIDIA GeForce RTX 3070 8 GB var, bu da noutbuklar üçün xüsusi olaraq yaradılmışdır.

ASUS ZenBook Pro DUO 15

    Eyni anda iki ekrana sahib olan unikal modeldir, burada diaqonalı 15,6 düym olan əsas OLED, həmçinin klaviaturanın üstündə yerləşən köməkçi 14 düymlük IPS ekran var. Hər iki displey Ultra HD (4K) təsvir ölçüsünə malikdir, klaviaturada yerləşən isə sensorludur, ona görə də komplektə daxil olan qələmi dəstəkləyir. İkinci displeydə siz qrafik redaktorun alətlər panelini yerləşdirə bilərsiniz, belə ki əsas displeyin tam sahəsi əsas layihə olan pəncərə üçün istifadə oluna bilər.

    Noutbuk 16 GB RAM və 1 TB SSD ilə tamamlanan çox güclü Intel® Core™ i7-12700H mobil prosessoruna əsaslanır. Qrafikanın işlənməsinə 6 GB GDDR6 yaddaşa malik güclü GeForce RTX 3060 qrafik kartı cavabdehdir.

ASUS ProArt Studiobook 16 OLED

    İndi isə siyahımızın ən güclü nümayəndəsi. 4K (3840 × 2400 piksel) təsvir ölçülü 16 düymlük OLED ekranlı noutbuk. Burada kristal təmiz şəkillər, artan parlaqlıq və yüksək kontrast təmin edən premium matrisadan istifadə edilib. 



    Prosessor 4,6 GHz-ə qədər tezliyə malik 8 nüvəli Core i7-11800H-dir. Noutbukda ağır qrafik layihələrin çox tapşırıqlı rejimdə icra edilməsi və saxlanılması üçün kifayət qədər yaddaşı var:  32 GB operativ yaddaş və 2 TB qədər daimi yaddaşa sahibdir. Video kart - 6 GB video yaddaşa malik eyni yüksək səviyyəli GeForce RTX 3060-dır. Qrafik proqramlarınızdakı parametrlər üzərində ani və dəqiq nəzarəti təmin edən intuitiv fiziki nəzarətçi olan ASUS Dial xüsusilə diqqətə layiqdir. Yaradıcılıq prosesinizi asanlaşdırmaq üçün 70-dən çox funksiyası var. ASUS Dial hal - hazırda dörd Adobe proqramı ilə uyğun gəlir: Adobe Photoshop, Premiere Pro, Photoshop Lightroom Classic və After Effects, tezliklə daha çox proqram bu siyahıya əlavə ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


MediaTek orta səviyyəli smartfonlar üçün Dimensity 8200 prosessorunu təqdim edib..

MediaTek şirkəti orta səviyyəyə aid edilən yüksək performanslı smartfonlar üçün nəzərdə tutulmuş Dim..


Apple şirkətinin ilk elektromobili barəsində yeni məlumatlar verilib

İnternetdə artıq dəfələrlə Apple şirkətinin Titan adlı layihəsi barəsində məlumatlar ortaya çıxıb...


OnePlus şirkəti öz ilk mexaniki klaviaturasını satışa çıxardacaq

OnePlus şirkəti Keychron brendi ilə əməkdaşlıq elan edib. Sözügedən əməkdaşlıq çərçivəsində şirkət m..


SpaceX dövlət qurumları üçün Starlink-in daha yüksək səviyyədə qorunan versiyası..

SpaceX şirkəti adi istifadəçiləri internet şəbəkəsi ilə Starlink brendi vasitəsilə təmin edir...


Apple şirkətinin ilk qarışıq reallıq cihazı bir qədər gec satışa çıxa bilər..

Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən Apple şirkətinin çoxdan gözlənilən qarışıq rea..


Yeni nəsil elektrikli yara bandı yaraları sürətlə sağaldır və onları daimi nəzar..

Stenford Universitetinin alimləri xroniki yaraların öhdəsindən gələ bilən “smart” yara bandı hazırla..

×