Galaxy S20, S20 Plus və S20 Ultra smartfonlarının texniki göstəriciləri təqdim olundu
Elm & Texnologiya
20.01.2020
Farid Pardashunas
Təqdimata az müddət qalmış məşhur hindistanlı insayder Ishan Agarwal, Galaxy S20, S20 Plus və S20 Ultra smartfon modellərinin texniki göstəricilərini təqdim etdi. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlcədən də güman edildiyi kimi hər 3 smartfon 5G şəbəkə dəstəyini, IP68 standartı üzrə sudan qorunma özəlliyini, 120 Hz-lik Super AMOLED ekranları, Exynos 990 / Snapdragon 865 prosessorlarını əldə edəcəklər. Galaxy S20 Ultra modeli isə digər modellərdən 5000 mAh enerji tutumlu batareya həcmi, biri 108 MP olmaqla 5 arxa kamera modulu və 40 MP-lik ön kamera ilə fərqlənəcək. Smartfonlar One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ