main-post-cover

    Galaxy S11-in təqdimat tarixi barəsində məlumat verildi

    Elm & Texnologiya
    04.10.2019
    Farid Pardashunas
        Galaxy S11 barəsində məlumatlar Galaxy S10-nun satışa çıxmasından bir neçə ay sonra yayılmağa başladı. Son zamanlarda isə həmin məlumatların sayı kəskin artdı. İndi isə insayderlər Galaxy S11-in təqdimat tarixi barəsində məlumat veriblər. Bu barədə Sammobile saytı xəbər verib. Verilmiş məlumata əsasən Galaxy S11-in təqdim olunacağı Samsung Unpacked 2020 tədbiri fevral ayının 3-cü həftəsində baş tutacaq.
        Ən uyğun tarix kimi isə 18 fevral qeyd olunub. Son məlumatlara əsasən Galaxy S11 Android 10 əməliyyat sistemi əsasında yenilənmiş One UI 2.1 istifadəçi interfeysini və 1 TB daxili yaddaş həcmini əldə edəcək. Smartfonu əvvəlki modellərdən fərqləndirəcək əsas özəllik isə arxa kamera modulu olacaq. Gözləntilərə əsasən şirkət sonunda 12 MP-lik kamera modulundan imtina edərək 64 MP-lik və ya 108 MP-lik kamera moduluna keçid edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər