main-post-cover

    Galaxy S11 ərzaqların tərkibini və insan orqanizmindəki zərərli şişləri təyin edə bilər

    Elm & Texnologiya
    01.10.2019
    Farid Pardashunas
        Bugünki gündə smartfona qoşula bilən müxtəlif cihazlarla heç kimi təəccübləndirmək olmaz. Lakin Samsung bu məsələdə daha da irəli getməyi hədəfləyib. Belə ki, şirkətin yeni patentində spektrometrə sahib smartfondan bəhs olunur. Bu qəliz optik cihaz bir çox funksiyaları yerinə yetirə bilir: Məhsulların yeni olub-olmadıqlarını təyin etməyi bacarmaqdan tutmuş insan orqanizmində şişlərin təyin edilməsinə kimi. Bu barədə Letsgodigital saytı xəbər verib. 26 sentyabr tarixində təqdim edilmiş sənəddə infraqırmızı spektrometrə sahib smartfon təsvir edilib.
        Məlumata əsasən bu smartfon məhz Galaxy S11 modeli olacaq. Lakin bu məlumat hələki tam rəsmi olaraq təsdiqlənməyib. Sözügedən spektrometr vasitəsilə hansısa obyektin nəmişliyini, ürək döyüntüsünün ritm tezliyini, hansısa məhsulun təravət səviyyəsini və həmin məhsulun tərkibində şəkərin miqdarını ölçmək mümkün olacaq. Bununla yanaşı bu cihaz məhsulların tərkibindəki zülalların, yağların və karbohidratların miqdarını təyin etməklə məhsulların tam tərkibi barəsində məlumat da verə biləcək.
        Spektrometrin potensial imkanları sırasında digər funksiyalar da var. Məsələn insan orqanizmində zərərli şişlərin və ətraf mühitin havasının təmizliyinin təyin edilməsi. Şirkət tərəfindən əldə edilmiş patentə əsasən spektrometr smartfonun ya ön panelində ya da arxa panelində yerləşə biləc. Bu cür texnologiyaya sahib Samsung smartfonunun təqdimat tarixi barəsində heç bur məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər