Galaxy S10 modelinin ilk prototip şəkli sızdı: Sıfır çərçivə
Elm & Texnologiya
20.06.2018
Nijat Hamid
Samsung şirkətinin gələn ilki flaqman modeli olan Galaxy S10 ilə bağlı artıq ilk sızıntı məlumatlar gəlməyə başlayır. Bu səfər telefonun ön tərəfdən ekranının şəkli sızdırıldı və telefon "Sıfır Çərçivə" deyə biləcəyimiz bir səviyyədə görünür. Lakin qeyd edək ki, bu prototip versiyadır.
Yanvar ayında Samsung Galaxy seriyasının 10 illiyinə özəl tanıdılacaq modelin ilk prototip şəkli İce Universe tərəfindən sızdırıldı.
Deyilənlərə görə S10 modeli ilə Samsung flaqman modellərindəki dizaynı daha da təkminləşdirməyi düşünürdü. Prototip versiyaya baxdığımızda isə çərçivələrin, demək olarki, olmadığını görürük. İnfinite Display adı verilən bu dizayn S10 modelində daha da irəli səviyyəyə təkminləşdirilməsi planlanırdı. Şəkilə baxdığımızda selfie kamerası, sensorlar və dinamiklərin olmadığını görürük. Bu ağla ilk Oppo, Vivo markalarında olan modulyar dizayn anlayışını gətirir. Digər bir fərziyyə isə bütün bunların ekranın içinə inteqrasiya olmasıdır. Galaxy S10 modelinin irəli səviyyə 3D Sensorlar, ekrana inteqrasiyalı barmaq izi sensoru və səsi titrəşim ilə ötürən ekran paneli ilə satışa çıxması planlanır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ