main-post-cover

    Galaxy Fold'un ekran dəyişdirilməsi OnePlus 7T'nin qiymətinə bərabərdir

    Elm & Texnologiya
    09.10.2019
    Farid Pardashunas
        Qatlana bilən Galaxy Fold satışa çıxandan sonra Samsung şirkəti bütün alıcılara smartfon ekranının zədələnməsi halında onun 150$-a dəyişdirilməsi xidmətini təklif edib. Lakin indi ekran dəyişdirilməsinin əslində hansı qiymətə başa gələcəyi barəsində məlumat ortaya çıxıb. Bu barədə Gizmochina saytı xəbər verib. Məlum olub ki, əslində Galaxy Fold-un ekranının dəyişdirilməsi prosesinin qiyməti 600$ təşkil edir.
        Bu isə Snapdragon 855 Plus prosessorlu OnePlus 7T-nin qiymətinə bərabərdir. Təbii ki, söhbət, təkcə smartfonun əsas ekranından gedir. Galaxy Fold-un əlavə ekranının dəyişdirilməsi üçün isə əlavə 140$ ödəmək lazım gələcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Note 10 Plus ekranı 280$-a, iPhone 11 ProiPhone 11 Pro Max modellərinin ekranları isə 330$-a dəyişdirilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər