Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

Texnologiya
10.06.2021 PAYLAŞIM

    İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər. Verilmiş məlumatda qeyd edilib ki, Facebook-un smart saat modeli LTE dəstəyini əldə edəcək və smartfona daimi qoşulmanı tələb etmədən də çalışa biləcək. Bu barədə The Verge saytı xəbər verib. Təqdim olunmuş məlumatda qeyd edilib ki, şirkət smart saatın ilk versiyasını 2022-ci ilin yay fəslində satışa çıxardacaq. Şirkətin özü isə artıq smart saatın ikinci və üçüncü versiyası üzərində çalışır. Smart saatın qiyməti təqribi olaraq 400$ təşkil edəcək.

    Məlumata əsasən smart saat iki kameraya sahib olacaq. Onlardan biri ekrana inteqrasiya ediləcək və videozənglər üçün nəzərdə tutulacaq. İkinci əsas kameranı isə smart saatın gövdəsindən ayırıb ayrıca action kamera kimi istifadə etmək mümkün olacaq. Bundan əlavə olaraq smart saat fitnes tracker funksiyalarını əldə edəcək və tətbiqlər ilə messencerləri dəstəkləyəcək. Smart saatın əsas kamerası ilə çəkiləcək foto və videoları sürətli şəkildə Instagram ilə Facebook-da paylaşmaq və Whatsapp vasitəsilə digər şəxsə göndərmək mümkün olacaq. Şirkət təmsilçiləri bu məlumatları təsdiqləməyiblər. Lakin bu məlumatları inkar da etməyiblər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..


Watch Series 6 smart saat istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiy..

Counterpoint Research şirkətinin analitikləri Watch Series 6 smart saatının istehsalının Apple şirkə..

×