main-post-cover

    Elon Musk, Tesla zavodunda özü şəxsən adi işçilərin yerində çalışacaq

    Elm & Texnologiya
    05.06.2017
    Farid Pardashunas

    “Tesla” şirkətinin Frimont şəhərindəki zavodunda işçilər ilə rəhbərlik arasındakı qarşıdurma səngimək bilmir.

    Elon Musk-ın gözləntilərinə görə işçilər huşlarını itirir, çox zaman isə ciddi travmalar alırlar. Sözügedən zavodda işçilərin aldıqları travma səviyyəsi iə avtomobil sənayesində orta göstəricidən qat-qat yüksəkdir. Bu problemin həll olunması üçün Elon Musk özü, işçilərin iş dəzgahlarına keçəcək. “Avtomobili yığaraq “Tesla”nı daha da uğurlu edən işçilərdən kimsə ciddi travma alanda mənim ürəyim parçalanır” – deyə Elon Musk, işçilərə məktubunda qeyd edib. Musk öz məktubunda istehsalat üzrə təhlükəsizlik komandasından xahiş edib ki, onu hər həftə ciddi travma almış hər bir işçi ilə tanış etsinlər. Həmin andan sonra isə Musk özü, ciddi travma almış işçilərin iş dəzgahlarına keçərək onların işlərini görəcək. Bunu etmək elə də asan olmayacaq. Belə ki, zavoddakı proseslərin yüksək dərəcədə robotlaşdırılmasına baxmayaraq orda 10.000-ə yaxın insan çalışır. Musk isə öz layihələrinə gücnən vaxt çatdırır. Bu münaqişə hələ bu ilin Fevral ayında start götürmüşdü.
    Həmin vaxt United Auto Workers adlı həmkarlar ittifaqı “Tesla” şirkətinin zavodundakı işçiləri birləşdirməyə çalışırdı. Belə ki, ittifaqın bildirdiyinə görə “Tesla”, artıq startap mərhələsindən çıxmışdı. İttifaqın iddiaları sərt əmək şəraiti ilə bağlıdır. İttifaqın hesabatlarına əsasən 2015-ci ildə TRIR indeksi (qeydə alınmış travmaların ümumi səviyyəsi) 31% yüksək olmuşdu. Bu isə sözügedən sənayedə orta göstəricidən (100 insana 8.8 travma, 6.7 orta travma göstəricisinə qarşı) yuxarıdır. 2016-cı ildə bu göstərici bir qədər aşağı (8.1 travma) aşağı düşmüşdü. Baxmayaraq “Tesla”, TRIR indeksinin 2017-ci ilin birinci rübündə 4.6-a saldığını qeyd edir, ittifaq yenədə zavodda sərt iş prosesinin hökm sürdüyünü bildirir. Keçən ay The Guardian nəşriyyatı, “Tesla” zavodundakı əmək şəraiti ilə bağlı şəxsi araşdırmasını aparmışdı. Məlum olmuşdu ki, 2014-cü ildən başlayaraq  işçilərdə baş gicəllənmələri, sinə nahiyəsindəki ağrılar, nəfəs almaq çətinliyi və s. kimi problemlərə görə zavoda tez-tez təcili yardım xidməti gəlib. İşçilərin şikayətlərinə baxmayaraq şirkət menecerləri onları sərt şəraitdə işləməyə məcbur edirdilər. Belə ki, onlar işçilərə çətin vaxtlarında hətta öz ofisində yerdə yatan Elon Musk-ı misal gətirirdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər