Elon Musk Tesla Bot robotunun nə zaman sərgilənəcəyini elan edib

Elon Musk Tesla Bot robotunun nə zaman sərgilənəcəyini elan edib

Texnologiya
03.06.2022 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Tesla şirkəti 19 avqust tarixində Tesla AI Day adlı tədbir keçirdəcək. İndi isə Elon Musk öz Twitter hesabında məlumat verib ki, sözügedən tədbir 30 sentyabra təxirə salınıb. Bununla belə Musk-ın vermiş olduğu məlumatda qeyd edilib ki, həmin tədbir çərçivəsində ilk dəfə olaraq Tesla Bot adlı funksional robot da sərgilənəcək. Musk bildirib ki, Tesla AI Day-in ikinci günü 30 sentyabr tarixində baş tutacaq. Musk ümid edir ki, həmin müddətə kimi Tesla Bot adlı robot sərgilənmək üçün tam hazır olacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Musk sözügedən tədbirdə çoxlu sayda maraqlı anonsun olacağını bildirmişdi.


    Keçən ilki Tesla AI Day tədbirində şirkət Dojo adlı superkompüterini təqdim etmiş, öz elektromobillərində reallaşdırılacaq avtonom idarəetmə sistemi barəsində məlumatlar vermiş və Tesla Bot-u ilk dəfə anons etmişdi. Sözügedən robot həmçinin Optimus kod adına da sahibdir. Həmin vaxtda Musk bu robot barəsində yalnız bəzi məlumatları təqdim etmişdi. Lakin robotun real prototipi sərgilənməmişdi. Bu ilin əvvəlində o qeyd etmişdi ki, robotun hazırlanması Tesla üçün prioritetli layihəyə çevrilib və onun 2023-cü ildə işıq üzü görməsi planlaşdırılır. Gözləntilərə əsasən ilk mərhələlərdə Tesla Bot sadə və təkrarlanan tapşırıqlarını yerinə yetirə biləcək. Lakin perspektiv cəhətdən sözügedən robot yeni imkanları öyrənərək həm kommersiya həm də istehlakçı səviyyəsində tətbiqdə çox faydalı ola bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Satışa çıxma ərəfəsində olan Tesla Semi-nin nə qədər yol qətt edə biləcəyi məlum..

Elon Musk satışlara hazırlaşan Tesla Semi yük maşınının testləri barəsində məlumat verib...


Xiaomi Buds 4 adlı yeni naqilsiz qulaqlıqlarını təqdim etməyə hazırlaşır..

1 dekabr tarixində Xiaomi şirkəti Çində növbəti təqdimat tədbirini keçirdəcək.


ABŞ-da təkrar emala yararlı olan yaşayış evi çap edilib (VİDEO)

ABŞ-da ilk dəfə 3D printer vasitəsilə tam yaşayış evi çap edilib. Bununla belə sözügedən ev tamamilə..


Tesla sadələşdirilmiş Model 3 və büdcəli Model 2 elektromobilləri üzərində çalış..

İnsayderlərin verdikləri məlumatlara əsasən Tesla şirkəti hal hazırda Model 3 elektromobilinin konst..


Xiaomi yeni smart saatını təqdim etməyə hazırlaşır

1 dekabr tarixində Xiaomi şirkəti təqdimat tədbirini keçirdəcək.


Seulda pilotsuz avtobuslar istifadəyə verilib (VİDEO)

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan Hyundai-n tərkibinə daxil olan 42 Dot adlı şir..

×