main-post-cover

    Elon Musk İndoneziyada keçirilən G20 tədbirində çıxış edib

    Elm & Texnologiya
    15.11.2022
    Emil Nəcəfov
        Bu günlərdə İndoneziyada keçirilən G20 tədbirində Elon Musk-ın çıxış edəcəyi hələ bir neçə ay bundan öncə məlum idi. Elə də oldu. Musk sözügedən tədbirə videokonfrans vasitəsilə qoşulub. G20-də çıxışı zamanı Musk etiraf edib ki, o, həftənin 7 günü ərzində səhərdən axşama kimi çalışır. Onun bu etirafı bəlkə də narahatçılıq keçirdən investorlara bir növ cavab idi. Belə ki, bəzi investorların fikirlərinə əsasən Twitter-in alışından sonra Musk Tesla SpaceX şirkətlərini lazımi səviyyədə idarə edə bilməyəcək. Çünki Twitter Musk-dan təkcə milyardlarla dollar vəsaiti deyil həmçinin çoxlu zamanı tələb edir.
        Keçən həftənin cümə günü ABŞ-da bayram günü kimi qeyd edilsə də, o, Twitter ofisində qalaraq çalışmağa davam edib. Twitter mövzusunda çıxışını davam edən zaman Musk qeyd edib ki, o, kontent yaradıcılarına sosial şəbəkə daxilində uzun xronometraja sahib videoların paylaşılması imkanını vermək istəyir. Bu üsul ilə kontent yaradıcıları əlavə vəsait qazana biləcəklər. Aerokosmik sahə barəsində danışan zaman Musk qeyd edib ki, müəyyən müddətdən sonra SpaceX şirkəti dünyanın bir çox nöqtələrində raket texnikası üçün start sahəsinin inşasını planlaşdıra bilər.
        Musk inanır ki, kosmik turizm yaxın gələcəkdə adi hala çevriləcək. O həmçinin insanların hal hazırda yaşayan və ya milyonlarla il bundan öncə mövcud olmuş yadplanetli sivilizasiyaları aşkar edəcəkləri ehtimalını istisna etmir. Bununla yanaşı Musk insanların tamamilə bərpa olunan enerji mənbələrinə keçid edəcəkləri mövzusunda əminliyini ifadə edib. Bu mövzuda əsas məsələ bunun üçün nə qədər vaxtın lazım olmasıdır. Musk-ın fikrincə kosmosun mənimsənilməsi də insanlar üçün prioritetli tapşırıqlardan biridir. Çünki o, kainatın təbiətini anlamağa və bizim kainatdakı yerimizi təyin etməyə yardımçı olur.
    Linki kopyala