Elon Musk gələn ay Marsa uçacaq Falcon Heavy raketini təqdim etdi
Elm & Texnologiya
20.12.2017
Farid Pardashunas
“SpaceX” şirkətinin təsisçisi Elon Musk öz Twitter hesabında start uçuşuna hazır Falcon Heavy ağır raketinin fotosunu paylaşıb.
Sözügedən ağır raket Florida
ştatındakı NASA mərkəzinin “SpaceX” anbarında yerləşir. Raketin hazır olması
Elon Musk-ın Mars planetinin kolonizasiyası planına daha bir addımdır. Qeyd etmək
lazımdır ki, Falcon Heavy indiyənə kimi yaradılmış ən güclü raketlərdən
biridir. O, Yer kürəsinin aşağı orbitinə 63 ton yükü qaldırmaq, Mars planetinə
isə demək olarki 17 ton yük aparmaq qabiliyyətinə malikdir. Ağır raketin
hazırlanmasına 7 il vaxt sərf olunub. Onun uçuşunun reallaşdırılması üçün sərf
olunmuş vəsait isə təqribi olaraq 120 milyon dollar təşkil edir. Raketin ilk uçuşu
1 aydan sonra baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ