Elon Musk: 'Ağır Super Heavy raketinin ilk prototipinin inşasına artıq start verilib'

Elon Musk: 'Ağır Super Heavy raketinin ilk prototipinin inşasına artıq start verilib'

Texnologiya
03.09.2020 PAYLAŞIM

    Humans to Mars adlı virtual sammitdə çıxış edən zaman Elon Musk etiraf edib ki, SpaceX şirkəti Starship kosmik gəmisinin inşası üzrə təyin edilmiş ilkin qrafikdən geri qalır. O bunu şirkətin indiyənə kimi bilinməyən sahəyə daxil olması ilə əlaqələndirib. Belə ki, SpaceX-dən öncə heç kim təkrar istifadəyə yararlı orbital raket inşa etməyə cəhd göstərməyib. Bu səbəbdən də Musk, Starship kosmik gəmisinin ilk orbital uçuşunu gələn ildən tez gözləmir. Buna baxmayaraq kosmik gəmi üçün nəzərdə tutulmuş test uçuşlarının sayı artacaq. Bununla yanaşı o qeyd edib ki, Super Heavy ağır raketin prototipinin inşasına artıq start verilib.

    Bu barədə Hightech.plus saytı xəbər verib. Sammit çərçivəsində Musk, Marsa insanların göndərilməsi üzrə hazırlıqların inkişaf mərhələsindən danışıb. O qeyd edib ki, öz əvvəlki qrafikindən geridə qalmasına baxmayaraq SpaceX şirkəti yeni nəsil Starship kosmik gəmisinin inşasında böyük uğurlar əldə edir. O bildirib ki, şirkət ən böyük inkişafı Texas ştatında Starship kosmik gəmilərinin istehsal güclərində əldə edib. Texas ştatının Boka-Çika kəndinin yaxınlığında yerləşən zavodda Starship kosmik gəmisinin artıq bir neçə prototipi istehsal olunub. Bu həftə isə Musk bildirib ki, həmin zavodda Super Heavy adlı ağır raketin birinci prototipinin inşasına start verilib. İstehsalat prosesinin nizama salınması vacib mərhələlərdən biridir.


“Fikrimcə hansısa bir şeyin prototipini yaratmaq çox asandır. Lakin nəticədə yüzlərlə və minlərlə Starship kosmik gəmisini istehsal edə biləcək istehsalat sistemini qurmaq çox çətindir” - deyə Musk qeyd edib.

    Qeyd etmək lazımdır ki, Musk, Starship prototipini keçən ilin sentyabr ayında təqdim etmişdi. Həmin vaxtda o söz vermişdi ki, SpaceX öz kosmik gəmisini 6 aydan sonra Yer kürəsinin orbitinə göndərəcək və 2020-ci ildə bunu hətta astronavtlar ilə birlikdə reallaşdıracaq. Həmin vaxtdan bəri Musk öz bəyanatlarında gözləntilərini bir qədər aşağı səviyyədə saxlayır. Belə ki, o heç əmin deyil ki, Starship-in ilk uçuşu uğurlu olacaq. Yer kürəsinin orbitinin fəth olunmasından sonra SpaceX-in əsas məqsədi Ay, daha sonra isə Marsdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×