Dünyada ilk dəfə həkimlər robot vasitəsilə insan beynində əməliyyat keçirtdilər (VİDEO)

Dünyada ilk dəfə həkimlər robot vasitəsilə insan beynində əməliyyat keçirtdilər (VİDEO)

Texnologiya
07.11.2019 PAYLAŞIM

    Tibb sahəsində robotlar birinci il deyil ki, istifadə olunurlar. Lakin buna baxmayaraq onların növləri və funksiyaları günü-gündən artmaqda davam edir. Hələ bir neçə müddət bundan öncə robot vasitəsilə bir pasientin ürəyində uzaq məsafədən əməliyyat reallaşdırılmışdı. İndi isə həkimlər robot vasitəsilə bir pasientin beynində əməliyyat reallaşdırıblar. Beyin əməliyyatı isə daha yüksək dəqiqliyi tələb edir. Bu barədə Digitaltrends saytı xəbər verib.

    Pasientin beynindən anevrizmin aradan qaldırılması üzrə əməliyyat Kanadada cərrah Vitor Mendes Pereira tərəfindən keçirilib. O, əməliyyat zamanı CorPath GRX adlı ikinci nəsil robotlaşdırılmış əldən istifadə edib. Bu robotlaşdırılmış əl millimetr dəqiqliklə çalışmaq özəlliyinə sahibdir və həmin robotu sensorlu panel və ya joystick ilə idarə etmək mümkündür.

    Əməliyyat zamanı robotun barmaqlarında olmuş alətləri isə əməliyyat stolunun yanında yerləşmiş real insanlar dəyişblər. Baxmayaraq ki, robot xüsusi naqil vasitəsilə operator pultuna qoşulmuşdu, mütəxəssislər ümid edirlər ki, gələcəkdə bu cür əməliyyatları uzaq məsafədən də reallaşdırmaq mümkün olacaq. Pasient üzərində əməliyyaıtı reallaşdırmaqdan öncə Vitor Mendes Pereira ilk öncə pasientin beyninin strukturunu dəqiq şəkildə kopyalamış 3D modeldə məşqlərdən keçib. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Bakutel - 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar s..

25 illik yubiley münasibəti ilə Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində mö..


AMD daha da güclənir: Zen 3 arxitekturası möhtəşəm olacaq

AMD şirkəti son 3 ildə yeni arxitekturaya keçərək İntel şirkətinin tam rəqibi halına gəldi. Həm daha..


OnePlus 8 Pro'nun rəsmi sxematik fotoları ortaya çıxdı

True-tech saytının jurnalistləri özündə OnePlus 8 Pro smartfon modelinin rəsmi sxematik təsvirlərini..


Samsung'un ikinci qatlana bilən smartfonu W20 5G

Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində öz ikinci qatlana bilən smartfon modeli W2..


Redmi K30 barəsində yeni məlumatlar aşkar edildi

XDA-Developers saytının baş redatoru Mishaal Rahman, MIUI 11 istifadəçi interfeysinin sonuncu beta v..


Büdcəli Galaxy S10 Lite smartfonu barəsində yeni məlumatlar verildi

Məşhur hindistanlı insayder Ishan Agarwal büdcəli Galaxy S10 Lite smartfon modeli barəsində bəzi yen..