Dünyada ilk dəfə 16 GB-lıq RAM-ı əldə edəcək smartfonun adı məlum oldu
Elm & Texnologiya
10.01.2020
Farid Pardashunas
Smartfon istehsalçıları tez-tez öz cihazlarına yüksək göstəricili RAM-lar quraşdırırlar. Lakin bütün dünyada məşhur olan şirkətlərdən biri daha da irəli getmək qərarını verib. Yeni məlumata əsasən məşhur şirkətin gamer smartfonu 16 GB-lıq RAM ilə təchiz olunacaq. Bu barədə 4pda saytı xəbər verib. Məşhur hindistanlı insayder Sudhanshu Ambhore, Xiaomi Black Shark 3 5G smartfon modeli barəsində məlumat təqdim edib. İnsayderin məlumatlarına əsasən dünyada ilk dəfə məhz bu smartfon 16 GB-lıq RAM-ı əldə edəcək.
Sözügedən smartfon Çinin MIIT adlı nizamlayıcı orqanın saytında Shark KLE-A0 seriya nömrəsi ilə ortaya çıxıb. Yüksək RAM göstəricisindən əlavə olaraq Black Shark 3-ün sahib olacağı daha bir üstünlük də 5G şəbəkə dəstəyi olacaq. Hələ bir neçə müddət bundan öncə Xiaomi təmsilçilərindən biri qeyd etmişdi ki, 5G şəbəkə dəstəkli gamer smartfonu artıq hazırdır və o hal hazırda şirkət daxilində testlərdən keçir. Black Shark 3 5G smartfon modelinin nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı