Dimensity 2000 prosessoru MediaTek şirkətinin ən güclü prosessoru olacaq

Dimensity 2000 prosessoru MediaTek şirkətinin ən güclü prosessoru olacaq

Texnologiya
29.04.2020 PAYLAŞIM

    MediaTek şirkəti gələn həftə üçün online təqdimat anons edib. Təqdimatın təfərrüatları barəsində məlumat olmasa da, məşhur insayder qeyd edib ki, şirkət həmin təqdimat çərçivəsində 4 yeni mobil prosessor modeli təqdim edəcək və onlardan biri şirkətin ən güclü prosessor modeli olacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkət sözügedən online təqdimatı 7 may tarixində keçirdəcək.


    Şirkətin təqdim etdiyi posterdə “5G hamı üçün” yazısı əks olunub. Güman olunur ki, şirkət özünün 5G dəstəkli yeni prosessor modellərindən danışmağa hazırlaşır. Bununla yanaşı Digital Chat Station adlı məşhur insayder MediaTek-in 4 yeni prosessor modeli hazırlaması barəsində məlumat verib. İnsayderin verdiyi məlumata əsasən MediaTek keçən ilki Dimensity 1000Dimensity 800 prosessorlarının təkmilləşdirilmiş versiyalarını təqdim etməyə hazırlaşır

    Bundan əlavə olaraq şirkət bahalı olmayan smartfonlar üçün MT6853 adlı prosessor modeli üzərində də çalışır. Və təbii ki, həm də Dimensity 2000 adlı yeni flaqman prosessor da hazırlanır. Onun barəsində məlumat olmasa da, güman edilir ki, o, şirkətin ən güclü prosessor modeli olacaq. MediaTek-in bu prosessorlardan hansınısa gələn həftədəki təqdimat çərçivəsində təqdim edib-etməyəcəyi bilinmir.



DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×