main-post-cover

    Çinin və ABŞ'ın bir-birinə tətbiq etdiyi embarqolar texnologiya müharibəsinin başladığını göstərir

    Elm & Texnologiya
    17.04.2018
    Orxan Oguz
        ABŞ və Çin arasındakı ticarət müharibəsi texnologiya sahəsində də davam edir. Son olaraq ZTE-nin ABŞ-dan bəzi hissələr satın aldıqdan sonra bu iki ölkə arasında baş verən xəbərləri sizlər üçün seçmişik.
        Çin Xalq Cümhuriyyəti İnstagram paylaşımını qadağan etdi; dünyanın ən böyük sosial media servislərindən olan Instagram dünyanın ən çox əhaliyə malik ölkəsi Çində qadağan olundu; twitter də dünyanın ən çox müzakirə olunan sosial media şirkətlərindən biridir. Çinli bürokratların xəbərinə görə Pekin rəhbərliyi Twitter-in istifadəsinə qətiyyən icazə vermir; Google mətnləri də Çin Xalq Cümhuriyyəti tərəfindən qadağan olunub. Honq-Konq bu qadağaya qarşı çıxsa da nəticə dəyişmədi. Digər bir nəhəng sosial media platforması Facebook da Çinli bürokratların diqqətindən yayına bilməyib.
    Çin və ABŞ-ın qarşılıqlı embarqoları sərhəd tanımır.
         ABŞ isə öz növbəsində Çinin Huawei şirkəti haqqında ciddi qadağalar qəbul edib. Qualcomm şirkəti alış-satış barədə Çin nəhəngləri ilə müqavilə imzalamağa yaxın idi. Amma ABŞ prezidenti Donal Trump qarşı tərəfin casusluq edə biləcəyi iddiası ilə bu müqaviləni ləğv etdi. Amerikanın sərt disk və daxili yaddaş istehsalçısı Western Digitala Çinin Tsinghua Unigroup tərəfindən 9 milyard dollarlıq satışı Ağ ev tərəfindən qadağan olundu. Çinin Broacom şirkəti isə ABŞ-Çin arasındakı bu müharibədən ən çox ziyan görən şirkət oldu. Broadcom-un Qualcomm təklifindən başqa bir çox texnologiya şirkətinin də təklifi məhv oldu. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər