Çinin İT nəhəngləri süni zəka inkişafı üçün birləşəcəklər
Elm & Texnologiya
22.11.2017
Farid Pardashunas
Çinin Elm və Texnologiyalar nazirliyi rəsmi bəyanat verib.
Həmin bəyanatda kökümət süni zəka
inkişafı qrupuna daxil olacaq şirkətlərin adlarını açıqlayıb. Sözügedən qrupa “Baidu”,
“Alibaba Group”, “Tencent Holdings” İT nəhəngləri və səsli texnologiyalar üzrə
fəaliyyət göstərən “iFlyTek” şirkəti daxil olub. Hökümətin planına əsasən bu
şirkətlər öz güclü tərəflərini istifadə edərək 4 müxtəlif sahələrdə
innovasiyalı platformaların yaradılması ilə məşğul olacaqlar. “Baidu” öz diqqətini
pilotsuz avtomobillərin yaradılmasına yönəldəcək, “Alibaba Group” ağıllı şəhərlər
üçün texnologiyaların yaradılması ilə məşğul olacaq, “Tencent Holdings” tibb
sahəsində kompüter yanaşmasını öz üzərinə götürəcək, “iFlyTek” isə səsli
texnologiyaları inkişaf etdirməkdə davam edəcək.
“Baidu” və “iFlyTek” şirkətləri
artıq nazirliyin bəyanatını təsdiqləyiblər. “Tencent Holdings” və “Alibaba
Group” şirkətləri isə hələki bu barədə heç bir fikir bildirməyiblər. Milli
komandanın yaradılması qərarı yeni nəsil süni zəkanın inkişafı planının bir
hissəsinə çevrilib. Mütəxəssislər bu cür layihəyə müxtəlif cür reaksiya verdilər.
Bir tərəfdən məsələn “Baidu” şirkətinə avtomobil istehsalçıları ilə əməkdaşlıq
etmək və ya “Tencent”ə tibbi məlumatlarla işləmək imkanını vermək kimi hökümət dəstəyi şirkətlərə böyük köməklik edə bilər. Lakin bu cür qərar daha
kiçik şirkətlərə problemlər yaradaraq bazara mənfi təsir göstərə bilər.
Müqayisə
üçün ABŞ və Avropa ölkələri qanunvericilik sayəsində müəyyən sahələrin yüksəlməsinə
təsir göstərə bilərlər. Lakin onlar konkret şirkətləri ayrı-ayrılıqda seçmirlər.
Süni zəka texnologiyasını həmçinin inkişaf etdirməyə çalışan Yaponiya
startaplara və bu işə başlamış yeni mütəxəssislərə üstünlük verir. Nazirliyin
siyahısına daxil olan şirkətlər artıq bu texnologiyalara külli miqdarda
investisiyaların yatırıldığını bildiriblər. “Alibaba” qeyd edib ki, növbəti 3
il ərzində bu texnologiyaya 15 milyard dollar investisiya yatıracaq. “Baidu” gələn
ilin sonunadək pilotsuz avtomobilləri Çin yollarında istifadəyə vermək üçün
aktiv şəkildə çalışır. “Tencent” isə Çində və ABŞ-da süni zəkanın inkişafı üçün
tədqiqat mərkəzləri yaradır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ