Bütün kriptovalyutaların yarısı uğursuzluğa uğrayıb
Elm & Texnologiya
27.02.2018
Farid Pardashunas
Bitcoin.com resursu tərəfindən aparılmış tədqiqat nəticəsində məlum olub ki, varolan ICO-ların 46%-i uğursuzluğa uğrayıb.
Bununla belə həmin layihələr
ümumilikdə 104 milyon dollardan çox vəsait yığa biliblər. ICO layihələrinin vəziyyətini
izləyən məşhur Tokendata saytına daxil olan zaman görmək olar ki, keçən il
aktual olmuş 902 kriptovalyutadan 142-si maliyyələşdirilmə prosesində, 276-sı isə
layihələrin lazımi vəsaiti yığdıqdan sonra və ya aktivliklərinin minimuma enməsindən
sonra uğursuzluğa uğramışdır. Əlavə olaraq ICO layihələrindən 113-nü artıq
ölmüş hesab etmək olar.
Belə ki, ya onların təmsilçiləri sosial şəbəkələrdə
istifadəçilər ilə aktiv ünsiyyəti dayandırmışdır, yada onların kütləsi o qədər
azdır ki, layihənin növbəti inkişaf mərhələsi mümkün deyil. Beləliklə keçən
ilki kriptovalyutaların 59%-i ümumilikdə 233 milyon dollar qazanaraq ya ölmüş
yada artıq ölmək mərhələsindədir. Nəticə etibarilə hal-hazırda sosial şəbəkələrdə
və Telegram kanallarında bu cür layihələrin artıq aktiv olmayan hesablarını
tapmaq olar.
İnvestorların çoxusu heçnə qazanmadılar. Onlardan bəzilər yalnız
bir neçə yüz min dollar qazana bildi və yalnız bir neçəsi həqiqətən də sərvət əldə
edə bildi. Müsbətdə qalmış şəxslər isə investisiyaları cəlb edə bilmiş ICO təşkilatçıları
oldular. Mütəxəssislər əmindirlər ki, bu il çox da dəyişiklik baş verməyəcək.
Kriptovalyutalara investisiyaların riskləri getdikcə artır. Belə ki, digər
layihələr tərəfindən rəqabət və dövlətlər tərəfindən təzyiq artır. Lakin buna
baxmayaraq asan yolla pul qazanmaq istəyənlərin sayı həmişəki kimi kifayət qədərdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı