main-post-cover

    Büdcəli Redmi 8A modelinin texniki göstəriciləri məlum oldu

    Elm & Texnologiya
    12.09.2019
    Farid Pardashunas
        Dünən Çinin TENAA adlı telekommunikasiya agentliyində büdcəli Redmi 8A smartfon modelinin fotoları ortaya çıxmışdı. İndi isə həmin agentlik vasitəsilə smartfonun texniki göstəriciləri də məlum oldu. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən Redmi 8A ölçü baxımından əvvəlki modeldən bir qədər böyük olacaq və plastik materialdan hazırlanmış gövdəyə sahib olacaq.
        Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 8A modeli HD+ keyfiyyətli 6.2 düym ekran, 2.0 GHz tezlikdə çalışan prosessor (çox güman ki, Snapdragon 439), 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Redmi 8A modeli adi Redmi 8 ilə birlikdə yaxın zamanda təqdim olunmalıdır., 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər