main-post-cover

    Büdcəli Redmi 8 smartfonu təqdim olundu - QİYMƏTİ

    Elm & Texnologiya
    09.10.2019
    Farid Pardashunas
        Redmi brendi büdcəli smartfonlar seriyasının yeni modeli Redmi 8-i təqdim etdi. Smartfonun əsas özəllikləri sırasında ikili arxa kamera və yüksəldilmiş daxili yaddaş həcmi var. Buna baxmayaraq smartfonun qiyməti yenə də büdcəli olaraq qalıb. Bu barədə Fonearena saytı xəbər verib. Beləliklə Redmi 8 modeli 19:9 nisbətli və HD+ keyfiyyətli 6.22 düym IPS ekranla təchiz olunub. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Smartfon ekranının cızıqlardan və digər zədələrdən qorunması üçün o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 439 prosessoru, Adreno 505 qrafik sürətləndirici, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP (f/1.8 diafraqmalı Sony IMX363) + 2 MP ikili arxa kamera, 8 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 8 modeli MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 12 oktyabr tarixində Hindistanda satışa çıxacaq. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib model 112$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib model isə 126$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər