Büdcə dostu Nvidia RTX 3060 videokartının parametrləri və təqdimat tarixi ortaya çıxdı

Büdcə dostu Nvidia RTX 3060 videokartının parametrləri və təqdimat tarixi ortaya çıxdı

Texnologiya
12.09.2020 PAYLAŞIM

        Nvidia şirkəti keçdiyimiz günlərdə yeni Amphere arxitekturası üzərində hazırlanmış RTX 3000 videokart seriyasını təqdim etmişdi. Yeni videokart ailəsinin satış qiyməti isə bir çox istifadəçini məst edə bilmişdi. RTX 3070, RTX 3080RTX 3090 olmaqla birliktə 3 ədəd videokart təqdim edilmişdi. Lakin istifadəçilərə əsas maraqlı olan RTX 3060 videokartı idi, lakin Nvidia bu videokartı təqdim etməmişdi. İndi isə RTX 3060-ın bəzi parametrləri və təqdimat tarixi aşkarlanıb.

Yeni RTX 3060 videokartı RTX 3060 Ti olaraq adlandırılacaq və gələn ay satışa çıxacaq.

        Videocardz tərəfindən paylaşılan məlumatlara görə şirkət RTX 3000 seriyasının ən büdcə dostu modelini RTX 3060 Ti olaraq adlandırır. Yeni videokartın 4864 CUDA nüvəsi var. Həmçinin RTX 3070-də olduğu kimi videokartın özəyində GA104 nüvələri istifadə ediləcək. Yenə RTX 3070-də olduğu kimi 8 GB GDDR6 Vram-a malik olacaq. Bundan başqa RTX 3060 Ti videokartının istifadə edəcəyi enerji 180W ilə 200W arasında olması gözlənilir. RTX 3060 Ti əlavə olaraq 14 Gbps ötürmə sürətinə və 448 GB/s zolaq genişliyinə malik olacaq. Qeyd edək ki, RTX 3060 Ti videokartı RTX 3000 seriyasının ən büdcə dostu modeli olması gözlənilir.


        

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×