Bittcoinin qiyməti yenidən rekord dərəcədə düşdü
Elm & Texnologiya
02.02.2018
Farid Pardashunas
1 Fevral tarixində dünyanın ən məşhur kriptovalyutası olan bitcoinin qiyməti 9000$-dan aşağı düşüb.
Bu barədə Coindesk saytı xəbər
verib. Birjalar üzrə bitcoinin ortalama qiyməti Coindesk-də 8977$ (1 sutka ərzində
11.5% düşüş) təşkil edib. Coinmarketcap-da isə kritpvalyutanın qiyməti 9081$ (1
sutka ərzində 9.65% düşüş) təşkil edib. Sonuncu dəfə bitcoin bu cür qiymətə
2017-ci ilin 25-26 Noyabr tarixlərində sahib olmuşdu. Bitcoinlə yanaşı digər
kriptovalyutaların qiymətlərində də düşüş müşahidə olunur. Kapitalizasiyasına
görə top 100 kriptovalyuta siyahısında qiymətlər 31 Yanvar tarixi ilə müqayisədə
düşüb.
Top 10-luqda isə ən aşağı düşüş sərgiləmiş kriptovalyuta Ethereum (1
sutka ərzində 5.46% düşüş), ən böyük düşüş sərgiləmiş kriptovalyuta isə Cardano
(1 sutka ərzində 16.97% düşüş) olub. Qeyd etmək lazımdır ki, bütün
kriptovalyutaların bazar kapitalizasiyası 2 dəfə aşağı düşüb və indi onun dəyəri
455 milyard dollar təşkil edir. Kriptovalyutaların qiymətlərinin düşməsində bir
neçə səbəb var. Onların arasında Çində, Hindistanda kriptovalyuta ticarətinin
qadağası, Facebook-da kriptovalyuta və ICO-nun reklam qadağası və son zamanda
ICO vasitəsilə edilmiş dələduzluq hadisələri var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ