main-post-cover

    Birjaya çıxdığı gün Slack korporativ messencerinin bazar dəyəri 23 milyard dollardan çox təşkil edib

    Elm & Texnologiya
    21.06.2019
    Farid Pardashunas
        Slack korporativ messencerinin səhm qiymətləri Nyu York fond birjasının ilk hərrac günündə 48% yüksəlib. Beləliklə şirkətin bir səhminin qiyməti 38.5$ təşkil edib. Bu göstərici ilə Slack-ın bazar dəyəri 23.2 milyard dollar olub. Halbuki şirkət birjaya çıxmazdan öncə 16 milyard dollar bazar dəyərinə ümid edirdi. Bu barədə The Wall Street Journal saytına istinadən Vc.ru saytı xəbər verib. Birjaya çıxmazdan öncə Slack-ın bir səhminin təqribi qiyməti 26$ təşkil edirdi.

        Qeyd etmək lazımdır ki, standart IPO-nun yerinə Slack birbaşa listinq keçirtdi. Yəni şirkət öz səhmlərini institusional investorların iştirakı ilə keçirilən ön satışları keçirtmədən birbaşa birjada yerləşdirdi. Bu halda səhmlərin qiymətləri tələb-təklif əsasında formalaşır. Şirkət birbaşa listinqi ona görə seçib ki, hal hazırda yeni investisiyalara ehtiyac duymur və hal hazırki səhmdarların paylarını bölüşdürmək istəmir.
        Slack-ın maliyyə direktoru bildirib ki, tam uyğun səhm qiymətinin əldə olunması üçün birbaşa listinq ən effektiv üsuldur. Qeyd etmək lazımdır ki, 2009-cu ildə yaranmasından bu yana Slack ümumilikdə 1.4 milyard dollar investisiya cəlb edib. CNBC-nin sözlərinə əsasən hal hazırda Slack 800 milyon dollar vəsait ehtiyatına sahibdir. Slack-ın ən böyük səhmdarı Accel şirkətidir. O, Slack-ın 24% səhminə sahibdir. Daha sonra siyahıda Andreessen Horowitz (13.3%), Social Capital (10.2%) və SoftBank (7.3%) şirkətləri gəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər