Bill Gates Windows Mobile əməliyyat sisteminin nəyə görə uğursuz olduğundan danışdı

Bill Gates Windows Mobile əməliyyat sisteminin nəyə görə uğursuz olduğundan danışdı

Texnologiya
07.11.2019 PAYLAŞIM

    Bir neçə il ərzində Microsoft şirkəti Windows Mobile əməliyyat sistemini inkişaf etdirərək mobil əməliyyat sistemləri bazarının bir hissəsini özünə götürmək istəyirdi. Lakin nəticə etibarilə şirkət Windows Mobile əməliyyat sistemini ləğv etdi. Bu üsul ilə faktiki olaraq şirkət mobil əməliyyyat sistemləri bazarındakı uğursuzluğunu etiraf etdi. Microsoft-un təsisçisi Bill Gates isə Windows Mobile əməliyyat sisteminin hansı səbəbə görə Android iOS-ə rəqib ola bilmədiyini açıqladı. Bu barədə The Verge saytı xəbər verib.

    Microsoft-un keçmiş CEO-su Bll Gates bildirib ki, Windows Mobile Android-i geridə qoymaq üçün bütün şanslara sahib idi. Lakin ABŞ-ın ədliyyə nazirliyi tərəfindən aparılmış antimonopoliya istintaqı faktiki olaraq Windows Mobile əməliyyat sisteminin ölümünə səbəb oldu. “Heç şübhəiz antimonopoliya istintaqı Microsoft-a təsir etdi. Əgər bu olmasaydı biz Windows Mobile inkişafına daha çox zaman ayıra bilərdik. Nəticədə siz indi Android ilə deyil Windows Mobile ilə çalışacaqdınız. Lakin mən diqqətimi digər şeylərə ayırdım və vaxtı ikən çoxlu səhvlər etdim” - deyə Bill Gates bildirib.

    Bill Gates onu da əlavə edib ki, Microsoft öz əməliyyat sistemini Motorola smartfonlarında işə salmaq şansını əldən buraxmışdı. Belə ki, şirkət öz əməliyyat sistemini vaxtında tam hazır vəziyyətə gətirə bilmədi. “Biz, Motorola-nın işıq üzü görməsinə kimi yalnız 3 ay gecikdik. Nəticədə isə biz uduzduq. İndi heç kim Windows Mobile barəsində xatırlamır. Neynəmək olar. Bir neçə yüz milyard dollar burda, bir neçə yüz milyard dollar isə orda” - deyə Bill Gates əlavə edib. Çox güman ki, Bill Gates öz müsahibəsində 2009-cu ildə təqdim edilmiş Motorola Droid adlı smartfonu nəzərdə tutub. Əməliyyat sistemi qismində həmin smartfona Android 2.0 quraşdırılmışdı. Halbuki Microsoft şirkəti öz əməliyyat sistemini həmin smartfon ilə inkişaf etdirmək şansına sahib idi. Belə ki, Motorola Droid alıcılar arasında çox məşhur idi. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung təkrar Çinə qayıdır: Telefonlar ucuzlaşa bilər

Günlər əvvəl Samsung Çindəki istehsal zavodunu bağlamasına baxmayaraq telefonların istehsal qiymətin..


Bakutel - 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar s..

25 illik yubiley münasibəti ilə Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində mö..


AMD daha da güclənir: Zen 3 arxitekturası möhtəşəm olacaq

AMD şirkəti son 3 ildə yeni arxitekturaya keçərək İntel şirkətinin tam rəqibi halına gəldi. Həm daha..


OnePlus 8 Pro'nun rəsmi sxematik fotoları ortaya çıxdı

True-tech saytının jurnalistləri özündə OnePlus 8 Pro smartfon modelinin rəsmi sxematik təsvirlərini..


Samsung'un ikinci qatlana bilən smartfonu W20 5G

Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində öz ikinci qatlana bilən smartfon modeli W2..


Redmi K30 barəsində yeni məlumatlar aşkar edildi

XDA-Developers saytının baş redatoru Mishaal Rahman, MIUI 11 istifadəçi interfeysinin sonuncu beta v..