Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəcəklər

Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəcəklər

Texnologiya
10.07.2020 PAYLAŞIM

    Tesla elektromobillərində olan avtopilot sistemi hal hazırda olan ən təkmilləşdirilmiş avtopilot sistemlərindən biridir. Lakin hətta Tesla-nın da avtopilot sistemi sürücünün iştirakı olmadan elektromibilin idarəolunmasına imkan vermir. Yaxın zamanda isə bu vəziyyət dəyişə bilər. Bunu Tesla şirkətinin CEO-su Elon Musk, süni zəka mövzusunda keçirilmiş ümumdünya konfransda bildirib. Bugünki gündə avtopilot sisteminə sahib avtomobillər ikinci və ya üçüncü səviyyəli avtopilot sistemləri ilə təchiz olunurlar.

    Lakin artıq dördüncü səviyyəli avtopilot sistemlərinin istifadə nümunələri də mövcuddur. Bu cür səviyyədə olan avtopilot sisteminə sahib avtomobil müəyyən şərtlər daxilində sürücünün iştirakı olmadan da hərəkət edə bilir. Beşinci səviyyəli avtopilot sisteminə sahib olacaq avtomobillər isə istənilən şərtlər daxilində sürücüsüz hərəkət edə biləcəklər. Bu cür texnologiyanı hələ heç kim təqdim etməsə də Elon Musk-ın sözlərinə əsasən yaxın zamanda bu vəziyyət dəyişəcək.


    Onun sözlərinə əsasən Tesla şirkəti artıq bu il beşinci səviyyəli avtopilot sistemi üçün nəzərdə tutulmuş baza texnologiyalarının hazırlanmasını yekunlaşdırmalıdır. Lakin tamamilə avtonom sistemli avtomobillərin nə zaman satışa çıxacaqları barəsində Musk heç bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, hələ 2016-cı ildə Musk söz vermişdi ki, artıq 3 ildən sonra o, beşinci səviyyəli avtopilot sisteminə sahib elektromobili təqdim edəcək. Görünür, bu cür texnologiyanın yaradılması üçün daha çox zaman lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birlə..

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualco..


SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi...


Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etmə..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı plan..


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..

×