main-post-cover

    Azərbaycanlı tələbələr üçün ilk genişmiqyaslı onlayn təhsil platforması: “Talentİgnite!”

    04.02.2018
    Farid Pardashunas
    Birləşmiş Krallıqlar-da təhsil alan tələbələrimiz Azerbaijan Science Association-un bir layihəsi olmaqla Azərbaycanda bir ilk olan, Azərbaycan gənclərinin maarifləndirilməsi yönündə tamamilə ödənişsiz fəaliyyət göstərən “TalentIgnite” adlı yeni bir onlayn bilik mübadilə platformu yaradıblar.
    Onlar dünyanın müxtəlif ölkələrində təhsil alan, işləyən və yaşayan azərbaycanlıları bir araya gətirərək Azərbaycanda təhsil alan tələbələrə təhsil aldıqları sahələr üzrə dərs demək, mentorluq etmək, xaricdə təhsil almağın yolları ilə tanış etmək və s. kimi fəaliyyətləri özündə birləşdirən proyektə başlayıblar.
    8 ay davam edən çalışmalardan sonra nəhayət qeydiyyatlarına start verilən bu platformun köməyi ilə Azərbaycanda ilk dəfə tələbələrimiz xaricdə təhsil təcrübəsini ölkə sərhədlərini tərk etmədən yaşaya biləcəklər.  

    Yaxşı bəs bu platforma necə çalışır?
    Siz “Talentİgnite”-a qoşulduqdan sonra istədiyiniz ixtisası seçirsiniz və daha sonra sizin üçün müəyyən edilmiş mentor tərəfindən dərslər alırsınız. 
    Və ya elə mentor kimi qeydiyyattan keçib xaricdə təhsildən öyrəndiklərinizi digər həmyerlilərimizlə bölüşürsünüz!
     "Talentİgnite"-da dərs deyən tutorların hər biri xaricdə təhsil alan və ya artıq təhsilini bitirib həyatlarını ölkəmizin sərhədlərindən kənarda davam etdirən insanlardır.
    Talentİgnite tələbələrə necə kömək edir? Onları hansı mövzularda məlumatlandırır?
    • Beynəlxalq təhsil sisteminin çalışma strukturu ilə tanış etmək
    • Tələbələrə öz təhsil sahələri üzrə bilik və bacarıqlarını artırmaq məqsədi ilə dəstək
    • Xaricdə təhsil imkanları ilə bağlı məsləhətlər
    • Ümumi rəhbərlik
    • Müxtəlif dil bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı dəstək
    • Təhsil, iş imkanları və akademik karyera ilə bağlı məsləhətlər
    • Azərbaycan təhsil sisteminin Avropa, eləcə də digər inkişaf etmiş təhsil sitemlərinə integrasiyasını sürətləndirmək
    Yaxşı, bəs "Talentİgnite"-a necə qoşulaq?
    "Talentİgnite"-a tələbə və ya mentor kimi qoşula bilərsiniz.
    Əgər “Çox bilirəm, bir o qədər də çox öyrətmək istəyirəm” deyirsinizsə o zaman mentor kimi müraciət edib həmyerlilərimizin inkişafına dəstək ola bilərsiniz. Bunun üçün mütləq yuxarıda da qeyd ettiyimiz kimi xaricdə təhsil almış olmağınız  və ya hal-hazırda xaricdə təhsilinizi davam etdirməyiniz mütləqdir. Mentor qeydiyyat formasına keçid üçün bura klikləməyiniz kifayətdir.
    Yox, “Mən hələ öyrənirəm və hələ çox öyrənməliyəm” deyirsinizsə o zaman bu linkə klikləyərək tələbə qeydiyyat bölməsinə daxil olub yeni təhsil təcrübənizin ilk mərhələsinə keçid edin.
    Proyektə qoşulmaq üçün heç bir ödəniş tələb olunmur.
    Qeyd edək ki, dərslər Skype vasitəsilə həftə içi 1-5 saat arası keçirilir.
    Hansı tərəf üçün müraciət ettiyinizdən asılı olmayaraq unutmayın ki, "Talentİgnite" regionda bir ilkdir və bütün azərbaycanlı tələbələr üçün ilk böyükmiqyaslı bilik platformasıdır. Qeydiyyatına bir neçə gün əvvəl start verilməsinə baxmayaraq hədsiz marağa səbəb olan bu geniş platformada indidən yer tutmağa tələsin!
    Rəsmi website üçün bura, sizə qaranlıq qalan mövzuları aydınlaşdırmaq üçün isə bura keçid edib idarə heyətinin üzvünə öz suallarınızı çatdıra bilərsiniz.
    Aşağıdaki videoda proyektin işləməsi sistemi ilə bağlı məlumatlar ətraflı olaraq izah olunub.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər