main-post-cover

    ARM son 10 ildə ilk dəfə yeni prosessor arxitekturasını təqdim edib

    Elm & Texnologiya
    31.03.2021
    Farid Pardashunas
        ARM şirkəti son 10 ildə ilk dəfə yeni arxitekturasını təqdim edib. Şirkətin verdiyi məlumata əsasən təqdim edilmiş yeni Arm v9 standartı uzun illər ərzində istehsalçılar üçün etibarlı təməl olacaq. Belə ki, o, təhlükəsizlik ilə süni zəkaya artan yüksək maraq üzrə qlobal tələbləri dəstəkləyir. Arm v9 standartı hələ 2011-ci ildə təqdim edilmiş Arm v8 ilə müqayisədə özündə 3 yeniliyi birləşdirir. Arm v9 daha təhlükəsiz, daha sürətli və neyron şəbəkələr ilə qarşılıqlı əlaqə məsələsində daha performanslıdır.
        Yeni standartda ARM-in Confidential Compute Architecture (CCA) adlı yeni arxitekturasından istifadə olunur. Bu arxitektura öz növbəsində konfidensial məlumatları təhlükəsiz hardware mühiti sayəsində qoruyur. Bu üsul ilə istənilən tətbiq digər tətbiqlərdən və əməliyyat sisteminin özündən qorunmuş mühitdə məlumatları emal edə biləcək. Bunun üçün xüsusi dinamik hissələr ayrılır ki, vacib məlumatların qorunması təmin edilsin. Scalable Vector Extension 2 (SVE2) texnologiyası machine learning, neyron şəbəkələr, artırılmış reallıq 5G barəsində olan tapşırıqların yerinə yetirilmə proseslərini sürətləndirir.
        Bundan əlavə olaraq ARM təmsilçiləri qeyd ediblər ki, yeni arxitekturaya keçid artıq yaxın zamanda potensial olaraq mərkəzi prosessorun performansını 30% yüksəldə bilər. Bu, hardware və software təminatlarının optimizasiyası hesabına mümkün olacaq. ARM-in fikrincə yeni Arm v9 arxitekturası müxtəlif cihazlarda istifadə ediləcək 300 milyard prosessor üçün etibarlı baza olacaq. Arm v9 arxitekturası vasitəsilə istehsal olunacaq ilk prosessorlar bu ilin sonuna kimi təqdim olunmalıdırlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər