main-post-cover

    Apple şirkətinin qarışıq reallıq cihazının vacib texniki özəlliklərindən biri barəsində məlumat verilib

    Elm & Texnologiya
    05.01.2022
    Farid Pardashunas
        Nüfuzlu analitik Ross Young tərəfindən təqdim edilmiş yeni hesabata əsasən Apple şirkətinin bu il təqdim olunması gözlənilən ilk qarışıq reallıq (AR+VR) cihazı 3 ekran ilə təchiz olunacaq. Analitik bildirib ki, qarışıq reallıq cihazında iki ədəd micro-OLED ekran və bir ədəd AMOLED ekran mövcud olacaq. Analitik qeyd edib ki, Sony şirkətinin istehsalı olan iki ədəd micro-OLED ekran əsas ekranlar rolunda çıxış edəcəklər. Lakin AMOLED ekranın nə üçün nəzərdə tutulacağı barəsində məlumat yoxdur. Qeyd etmək lazımdır ki, müasir VR cihazlarda AMOLED ekranlardan istifadə edilmir. Belə ki, sözügedən ekranlar çox aşağı sıxlıqlı piksellərə sahibdirlər.
        Buna görə də çox güman ki, Apple şirkəti AMOLED ekranı periferik görmənin (gözün istiqamətləndiyi nöqtədən kənarda yerləşən obyektləri görmə özəlliyi) əhatə etdiyi zonalar üçün istifadə edəcək. Bu cür zonalar üçün isə yüksək sıxlıqlı piksellərə ehtiyac qalmır. Bir neçə müddət bundan öncə Sony şirkəti hər düym üçün 4000 piksel sıxlıqlı 4K ekranı sərgiləmişdi. Ross Young-ın fikrincə Sony həmin ekranı xüsusi olaraq Apple üçün hazırlayıb. Əgər Apple nəticədə öz qarışıq reallıq cihazı üçün sözügedən ekrandan istifadə etsə, güman etmək olar ki, 4000x4000 piksel keyfiyyətində olacaq iki ekrandan hər birinin ölçüsü 1.4 düym təşkil edəcək. Analitik bildirib ki, bu cür yüksək texnoloji ekranların istifadəsi nəticəsində Apple şirkətinin qarışıq reallıq cihazı yüksək qiymətə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər