Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barəsində məlumat verilib

Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barəsində məlumat verilib

Texnologiya
26.01.2023 PAYLAŞIM

    Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu ilin yaz fəslində anons edəcək və onu ilin sonuna kimi satışa çıxardacaq. İnsayder qeyd edib ki, şirkətin ilk MR cihazının istehsalına gələn ay start veriləcək. Gözləntilərə əsasən MR cihazın qiyməti 3000$ təşkil edəcək və o, ilk növbədə ABŞ bazarında satışa çıxacaq. Onu bazardakı bənzər cihazlardan fərqləndirəcək əsas özəlliklərdən biri də o olacaq ki, MR cihaz istifadəçi jestlərinin təyini üzrə təkmilləşdirilmiş sistemə sahib olacaq. İnsayder bildirib ki, Apple şirkətinin ilk MR cihazının sahib olacağı kameralar həm xarici mühitə həm də istifadəçinin gözlərinə tərəf istiqamətlənəcək. Cihaz istifadəçinin gözlərinin hərəkətlərini skan edərək onların istifadəçi interfeysinin hansı elementinə istiqamətləndiyini təyin edə biləcək.

    Bu halda istifadəçi interfeysindəki hər hansısa elementin kliklənməsi prosesi istifadəçinin işarət barmağının hərəkəti vasitəsilə reallaşdırılacaq. Zamanla cihazın kameraları istifadəçinin barmaq hərəkətlərini elə dəqiq şəkildə təyin edə biləcək ki, istifadəçi virtual klaviatura üzərində çap prosesini belə reallaşdıra biləcək. Bununla belə MR cihaz Apple şirkətinin Mac kompüterləri ilə sıx inteqrasiya ediləcək. Bunun sayəsində istifadəçi bu və ya digər Mac kompüterinin klaviaturası, touchpad-ı və mouse-u vasitəsilə virtual interfeysin elementlərini idarə edə biləcək. Mlumatda qeyd edilib ki, MR cihazın interfeysi vizual olaraq iPad iPhone modellərinin interfeyslərini xatırladacaq. Şirkət öz ilk MR cihazı üçün hətta xüsusi əməliyyat sisteminin hazırlanması ilə də məşğuldur.


    Bu barədə məlumat hələ keçən il ortaya çıxmışdı. Həmin vaxtda qeyd edilmişdi ki, Apple şirkətinin MR cihazı üçün nəzərdə tutulmuş əməliyyat sistemi xrOS adını əldə edəcək. Mark Gurman-ın sözlərinə əsasən MR cihazın Sony tərəfindən hazırlanacaq yüksək keyfiyyətli ekranları həm virtual reallıq mühitini həm də artırılmış reallıq mühitini əks etdirə biləcəklər. Cihazın gövdəsində olacaq xüsusi diyircəkli düymə vasitəsilə istifadəçi bu rejimlər arasında sürətli keçidi reallaşdıra biləcək. MR cihaz Apple M2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı o, artırılmış reallıq mühitinin təmin edilməsi üçün nəzərdə tutulmuş köməkçi çipi özündə birləşdirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..

×