Apple şirkəti Vision Pro-nun ilkin satışları ilə bağlı gözləntilərini aşağı salıb
Elm & Texnologiya
08.06.2023
Farid Pardashunas
Apple şirkəti heç zaman öz məhsullarına aşağı satış qiyməti təyin etməyib və bəzən alıcıları inanılmaz satış qiymətləri ilə təəccübləndirib. Yenicə təqdim olunmuş Vision Pro qarışıq reallıq cihazı da bu məsələdə istisna olmadı. Belə ki, sözügedən cihaz gələn ilin əvvəlində 3500$ qiymətində satışa çıxacaq. İnsayderlərin verdikləri məlumata əsasən Apple ilk əvvəl 1 milyon ədəd Vision Pro satmağı planlaşdırırdı.
Lakin məlumata əsasən təqdimatdan sonra şirkət qarışıq reallıq cihazında istifadə edilən komponentlərin sifariş həcmini 300 000 ədəd cihaz, daha sonra isə 150 000 cihaz üçün məhdudlaşdırıb. Yəni şirkət ilkin mərhələdə 150 000 ədəd Vision Pro satmağı planlaşdırır. Şirkətin bu qərarı Vision Pro-nun komponentlərini istehsal edən şirkətləri təəccübləndirib. Şirkətin öz satış planlarını bu qədər tez ixtisar etməsinin səbəbi bilinmir. Heç istisna deyil ki, səbəblərdən biri Vision Pro-nun yüksək satış qiymətidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ