Apple şirkəti bugün 42-ci ilini qeyd edir
Elm & Texnologiya
01.04.2018
Orxan Oguz
Apple Inc. və ya köhnə adı ilə Apple Computer Inc., 1 aprel 1976-cı ildə qurulan mərkəzi Cupertinovada yerləşən texnologiya şirkətidir. Technote olaraq bugün bu şirkətin 42-ci ilini qeyd edirik. Şirkət haqqında bəzi vacib faktları üzə çıxarmışıq;
- Apple əldə etdiyi gəlir baxımından dünyanın ən böyük telefon istehsalı baxımından isə ikinci ən böyük şirkətidir
- Şirkətin dünyada 115.000-dən çox işçisi mövcuddur
- Apple iPad-lərdə istifadə olunan retina ekran ilk dəfə Samsung tərəfindən istehsal olunub
- Rəsmi məlumatlara görə şirkət dəqiqədə 300.000 dollar qazanır
- Şirkətin qurucu ortağı Steve Wozniak öz payını vaxtilə 800 dollar qarşılığında satmışdı. Əgər satmasaydı hal-hazırki payı 35 milyard dollar olacaqdı
- Apple şirkətinin nəğd axını ABŞ xəzinəsində olduğundan daha çoxdur
- Apple iPhone satışları Microsoft şirkətinin istehsal etdiyi bütün cihaz və proqramların satışından daha çoxdur
- Bugün Apple markasının dəyəri 118.9 milyard dollardır və bu miqdar markanı dünyanın ən dəyərli markası edir
- Şirkət bugün 17 fərqli ölkədə ümumi 475 pərakəndə satış nöqtəsinə sahibdir
- iPhone reklamlarının hamısında istifadə olunan cihazlarda saat 9:41-i göstərir
- Bu vaxt Stive Jobs-un iPhone cihazını 2007-ci ildə mediaya ilk dəfə təqdim etdiyi vaxtdır
- 1976-cı ildə Steve Jobs-un qarajında hazırladığı Apple-1 komputeri 2014-cü ildə bir muzeydə 905.000 dollara satılıb.
- Yaponiyada bir nəfər Apple mağazasının qarşısında iPhone 6 cihazının satışa təqdim olunacağı günə qədər 6 ay gözləmişdir.
- Şirkətin dəyəri 2015-ci ildə İsveçrə Nigeriya və İsveç kimi ölkələrin dəyərini arxada qoyur
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ