main-post-cover

    Apple şirkəti AirPods 3-ü bu ilin sonuna kimi satışa çıxarda bilər

    Elm & Texnologiya
    11.07.2019
    Farid Pardashunas
        Bu ilin mart ayının sonunda Apple şirkəti naqilsiz şarj texnologiyası ilə təchiz olunmuş keysə sahib AirPods 2 qulaqlıqlarını təqdim etmişdi. Lakin bir sıra mənbələrin verdikləri məlumatlara əsasən şirkət artıq üçüncü nəsil AirPods qulaqlıqları üzərində çalışır və yeni qulaqlıqlar həm xarici görünüşcə həm də funksionallıq baxımndan əvvəlki modellərdən fərqlənəcəklər. Bu barədə Gagadget saytı xəbər verib.
        Wedbush şirkətinin analitikləri bildiriblər ki, şirkət AirPods 3 modelinin dizaynını dəyişəcək və qulaqlıqlar idman tərzində reallaşdırılacaqlar. Çox güman ki, qulaqlıqlar istifadəçi qulağından düşməmək üçün xüsusi bərkidilmə mexanizminə sahib olacaqlar. Bununla yanaşı yeni AirPods 3-ün IP67/IP68 standartı üzrə sudan qorunma özəlliyinə də sahib olacağı bildirilir.
        Daha əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, AirPods 3 həmçinin ürək döyüntülərinin ölçülməsi texnologiyasını da əldə edəcək. Lakin Wedbush şirkətinin analitikləri bu məlumatı nə təkzib edirlər, nə də təsdiq edirlər. Məlumata əsasən AirPods 3 bu ilin sonuna kimi satışa çıxmalıdır. Bununla belə yeni qulaqlıqlar AirPods 2-ni əvəz etməyəcəklər. Əksinə AirPods 2 ilə paralel satılacaqlar. Heç təəccüblü deyil. Çünki AirPods 2 bu il satışa çıxıb. Bununla yanaşı AirPods 3-ün əvvəlki modellər ilə müqayisədə daha baha qiymətə satılacağı da dəqiqdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər